Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.

Korrupsiya.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı həyatını itirib.
Ü.Quliyev qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.

Paylaş