Şəki Apellyasiya Məhkəməsində yol qəzasında 2 nəfərin ölümündə təsirləndirilən Nazim Umarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

KOrrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Umarova 7 il həbs cəzası verilib. Onun azadlıqdan məhrumetmə cəzasının bitməsindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.

 

Qeyd: Balakən rayon sakini, 1978-ci il təvəllüdlü Nazim Umarov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, FHN-in DYM Xidmətinin Balakən Rayon Hissəsində manqa komandiri vəzifəsində çalışan N.Umarov xüsusi rütbəli daxili xidmət baş çavuşudur.

 

Hadisə 2023-cü ilin 3 iyul tarixində Şəki rayonunda qeydə alınıb. O, hadisə baş verən gün özünə məxsus “Dacia Logan” markalı avtomobillə Beyləqandan Balakənə qayıdırmış və yolda bir neçə sərnişin götürüb. Lakin Şəki rayonu ərazisində olarkən Nazim sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Avtomobildə olan sərnişinlərdən 4 yaşlı Sədəf, həmçinin 30 yaşlı Azər Murtuzov vəfat edib. Sədəfin atası Dilqəm Seyidəliyev, eləcə də sürücü və Beyləqan sakini olan 22 yaşlı Əşrəf Hüseynzadə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ölən şəxslər yolda Nazimin maşınına minərək Zaqatala istiqamətinə hərəkət edirlərmiş.

Paylaş