Rusiya avqustun 26-da Ukrayna ərazisinə ən azı 127 raket və 109 PUA ilə hücum edib.

Korrupsiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, müharibənin başlamasından bəri Ukraynaya edilən ən irimiqyaslı hücumlardan biridir”, – o bildirib.

O vurğulayıb ki, hava hücumundan müdafiə və elektron mübarizə sistemlərinin, mobil atəş qruplarının effektivliyi təhlil edilərək, müvafiq qərarlar verilib.

Paylaş