Bir neçə ildi davam edən paytaxtın Səbail rayonunda yerləşən “Pilot  Residence” MTK-nın özbaşınalıqları barədə sakinlərinin haqlı narazılığına səbəb  olan şikayətlərlə bağlı silsilə reportajlar yayımlamışdıq.

Məsələ ictimailəşəndən sonra aidiyyatı qurumlar problemləri anında həll etsələr də, əsas qlobal problem isə Səbail rayon məhkəməsinə qədər uzandı. 10 ay davam edən məhkəmə prosesində Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev ədalət prinsipini üstün tutaraq, sakinlərin haqlı narazılığına səbəb olmuş məhkəmə şikayətini təmin edərək, qərar qəbul etdi. Qərarda bildirilir ki, binanın ərazisində inşa olunmuş  qanunsuz tikilinin dərhal sökülməsi, bloklar arası heç-bir dayağı olmayan, tikinti şərtlərinə zidd olan dayaqsız körpülərin  sökülməsi, binanın 3-cü blokunun zəbt olunmuş və hörülmüş ərazisinın mənzil sahiblərinin istifadəsinə qaytarılması,
həyətin ərazisində 1-ci mərtəbədəki restoran obyektinə xidmət etmək məqsədilə inşa olunmuş “qəfəs” tipli tikili barədə ləğvolunma qətnaməsi çıxarılsın.

Hüquq çərçivəsində uduzan, sakinlərin yaşam tərzinə mane olan “Pilot Residence” MTK-nın rəhbərliyi səbail rayon məhkəməsinin qərarını ədalətli saymayaraq,
məhkəmələrdə yaranan şəffaf ədalət standartlarına kölgə salmaq prinsipinnən əl çəkməyərək, qərarı ədalətsizlik standartına dəyişmək niyyəti ilə Bakı Apelyasiya məhkəməsinə üz tutdu.

Lakin Bakı apelyasiya məhkəməsinin hakimi də “Pilot Residence”in niyyətli arzusunu ürəyində qoyaraq,
Səbail rayon məhkəməsinin qərarını ədalətli sayaraq qərarı qüvvədə saxladı.

Sakinlər iddia edir ki,şübhəsiz qarşı tərəf ədalət islahatlarını pozmaq üçün sonuncu cəhdlərindən də istifadə edib, Ali məhkəməyə üz tutacaqlar. Lakin biz ümid edirik ki, Ali məhkəmənin sədri İnam Kərimovun məhkəmə hüquq islahatlarının inkişaf strategiyasını sarsıda bilməyəcəklər.

Paylaş