Korrupsiya.az” informasiya agentliyinə müraciət edən M.İsmayılzadə şikayətində bildirir ki, bir neçə gün bundan əvvəl instagram sosial şəbəkəsində  “hüquq_merkezi_ ” adlı səhifəyə yazaraq onlardan hüququ məsləhət istəyib onlara hazırda boşanma işimin məhkəmədə olduğunu bildirdim.

Özünü vəkil kimi təqdim edən Səbiyyə Pənahəliyeva adlı şəxs məhkəmə işimdə mənə mülkiyyətin bölünməsində kömək edəcəyi vədini verərək ilkin olaraq məndən 225 manat dövlət rüsumu ödəmək üçün pul aldı, daha sonra məndən depozit adı ilə 3500 manat.

Beləliklə müxtəlif bəhanələrlə umumilikdə 10172 manat pulumu ələ keçirdi. Bu məbləğləri 5239151704548067 və 5243754442106355 saylı kart hesablarına köçütmüşəm. Görüşmək və müqavilə imzalamaq üçün mənə dediyi Həsən Əliyev küçəsinə getdikdə isə orada ona məxsus heç bir ofisin olmadığını aşkar etdim. Ödənişlərin qarşılıqında heç bir iş görə bilmədiyi mənə məlum oldu

Verdiyim məbləği geri istədikdə isə, müxtəlif bahanələr uyduraraq vaxtı uzadırdı. Səbiyyə Pənahəliyevaya məsələni ictimailəşdirəcəyimi bildirdikdə, o məndən bunu etməməyimi xaiş edərək pulu bir günə qaytaracağına söz verdi.Lakin bu vədinə də əməl etməyərək mənə hədə-qorxular gəlməyə başladı.

“Səni başqa medialarda paylaşaraq rüsvay edərəm kimi təhdidlər üzləşdim. Buradan hüquq-muhafizə orqanlarından xüsusən də Daxili İşlər Nazirliyindən xahiş edirəm ki mənim pulumu geri qaytarmağda mənə köməklik edəsiz. Bu şəxsin əməlləri araşdırılsın, şübhəsiz ki, mənim kimi neçə vətəndaş bu şəxsin dələduzluq əməlinin qurbanı olub” deyə vətəndaş bildirir.

Bildirmək istəyirik ki, Səbiyyə Pənahəliyevanın, adı mediaya yad adlardan deyil.Bu şəxslə bağlı dəfələrlə vətəndaş şikayətləri olsada, mediada saxta vəkillə bağlı silsilə yazılar yazılsada, təssüflər olsun ki, Səbiyyə Pənahəliyevaya dur deyən yoxdur.Bu şəxsin qarşısı alınmazsa, istisna edilmir ki, qurbanların sayı az olmayacaq.Bu cür hallar vətəndaşların hüquq-mühafizə orqanlarına inamını sarsıdır.

Məsələni diqqətimizdə saxlayacağıq.

“Qarşı tərəfin də mövqeyini dinləməyə etməyə hazırıq  

Paylaş