Bakıda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb. 

“Korrupsiya.az” xəbər verir ki, hadisə avqustun 29-da, paytaxtın Heydər Əliyev prospektində baş verib.

Belə ki, 77-XR-214 qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman məlum olub ki, o, narkotik vasitənin təsiri altındadır.

Nizami rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən sürücü Süleymanlı Orxan Srac oğlu barəsində 333-1.1 maddəsilə protokol tərtib edilib. Toplanılmış materiallar isə baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib

Paylaş