Göyçay şəhərində axşam saat 23:00-dan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su verilişini kəsir
Əvəzinə hava buraxır və beləliklə smartkartlara yüklənən vəsait isə silinir.

Bir neçə il öncə su xəttləri yenilənəndə, smartkart tipli sayğaclar quraşdırılan zaman qanunsuz olaraq abonentlərə külli miqdarda borclar yazılmışdı.

Çoxsaylı şikayətlərdən sonra yalnız həqiqətən borcu olanlardan smartkarta hər dəfə pul yükləyəndə vəsaitin üçdə bir hissəsi köhnə borcdan silnməsinə sərf olunurdu.

Lakin bu borclar da bitmək üzrə olduğunudan “Azərsu”nun Göyçay rayon şöbəsinin qanunsuz gəlir yerləri də tükənir və belə bir “əməliyyata” əl atırlar.
Mətbuatda gedən yazılara görə, “Azərsu” ASC tərəfindən ölkə prezidenti İlham Əliyev bir neçə dəfə aldadılıb.

Yəni ölkə prezidentinin 12 fevral 2010-cu ildə Göyçaya ilk səfəri zamanı ona Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən işlər bağlı yalan məlumat verilərək Göyçayda formal xarakterli açılış tədbiri təşkil olunmuşdur.

Belə ki, ölkə başçısı lent kəsdikdən sonra düyməni basmaqla Göyçay sakinlərinin su təchizatı ilə bağlı problemlərinin aradan qaldırılmasına start vermiş olsa da, həmin gündən etibarən Göyçaylılar 2 il su üzünə həsrət qalmalı olmuşdular.

Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur.

Başqa bir məsələ isə “Azərsu” ASC-nin “Göyçay Su-Kanal” Törəmə Cəmiyyəti tərəfindən sayğac qoyularkən texniki şərt adı ilə vətəndaşlardan pul tələb etməsi, onları süründürməçiliyə məruz qoyması və 11 000 nəfərdən çox abonentə qanunsuz olaraq 700 000 manatdan çox qalıq borcun yazılması və bu halın bu günə qədər də davam etməsidir.

Bu barədə bir çox orqanlar qarşısında dəfələrlə məsələ qaldırılsa da, çox təssüf ki, aşkar görünən korrupsiya hüquqpozmalarına görə aidiyyatı orqanlar tərəfindən zəruri addım atılmamışdır.

Əlavə olaraq bildirmək istəyirəm ki, göztərilən hallar adı çəkilən qurumun qanunsuz hərəkətlərinin qısa bir hissəsidir.

Qarşı tərəfi dinləməyə hazırıq. ulus.az

Paylaş