Göyçay rayon Qızılağac kəndinin adının çəkilməsini istəməyən sakinlərindən biri müraciət edərək bildirib ki, kəndin giriş qapısının üstündə yer alan tabloda ciddi səhvə yol verilib.
Onun sözlərinə görə, tabloda əks olunan Azərbaycanın dövlət bayrağı təhrif olunub. Belə ki, yaşıl və mavi rənglərin yeri dəyişik salınaraq bayraq baş-ayaq təsvir olunub. Kənd sakini qeyd edib ki, bu tablo artıq uzun illərdir ki, giriş qapısının üstünə vurulub və o, bunun dəyişdirilməli olması ilə bağlı kənddə camaat arasında bir neçə dəfə fikrini bildirib.
Güman edirik ki, bu yazını oxuyan Qızılağac kənd rəhbərliyi bundan sonra məsələ ilə yaxından maraqlanacaq və bu nöqsanı tezliklə aradan qaldıracaq.