Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyətinə xitam verilə bilər

Təhsil ocağında rüşvət epidemiyasının tüğyan etməsi belə bir addım atılmasını zəruri edib.

Məlumatda deyilir ki, kollecdə rüşvət problemləri dizə qədərdir: imtahanlarda pul yığmaq, dərslərə davamiyyət aşağı, müəllim-tələbə bazarlığı və s.

Eyni zamanda afn.az-a daxil olmuş səs yazısı da bunu sübut edir. Belə ki, audio yazıda kollecin direktoru Xəlil Orucovun təhsil müəssisəsi tərəfindən verilən və Təhsil Nazirliyinin apardığı yoxlama zamanı saxta olduğu üzə çıxan diplomların “həll edilməsi”nə çalışılır.

Diplom Zaqatalada yaşayan və orada ibtidai sinif müəlliməsi işləyən Abışova Pərvanə adlı xanıma aiddir. Səs yazısından və X.Orucovun orada səsləndirdiyi fikirlərdən aydın olur ki, diplom Xalid müəllim tərəfindən təşkil edilib.

Pərvanə xanım onun on ildir ki, həmin diplomla məktəbdə dərs keçdiyini və dəfələrlə imtahana girdiyini deyir. Bu diplomun necə saxta olduğunu hələ də anlaya bilmir. X.Orucov isə Xalid müəllimin də aldadıldığını bildirir.

Kollec direktoru “işin həlli yolunu” da təklif edir. Diplomun tanınması üçün “oraların” (yəqin ki, Təhsil Nazirliyinin-red.) adından danışaraq pul istəyir: “2 yarım siz gətirin, 5 də mən üstünə qoyub konvertdə göndərərəm”.

X.Orcuov 14 ildir sözügedən kollecin direktoru vəzifəsində çalışır. Sözügedən səs yazısı redaksiyamıza bir neçə gün əvvəl daxil olub.

Bu müddət ərzində AFN X.Orucovla bir neçə dəfə əlaqə saxlayaraq onun mövqeyini almağa cəhd etsə də, direktor müxtəlif bəhanələrlə boyun qaçırıb.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bizə qurumun Daxili Nəzarət Şöbəsinə müraciət etməyi məsləhət görüb.

Cənab Valehovun diqqətinə şikayətçi yox, jurnalist olduğumuzu, əlimizə düşən faktı araşdırdığımızı çatdırsaq da, o, deyəcək bir sözünün olmadığını bildirib.

 Göyçay Dövlət İdarəetmə və Texnolojiya Kollecinin drektoru Xəlil Orucov sözün həqiqi mənasında Kolleci bazara çevirib.

Kollec drektoru üçün tələblər onun üçün bir gəlir mənbəyidir. Məlumata görə, direktor kollecə daxil olmaq istəyən hər tələbədən imtahandan əvvəl bazara çevirdiyi otağında 2 min 3 min manat pul alır.

Məlumatı redaksiyamıza verən mənbə onu da vurğulayıb ki, kollecdə semestr imtahanlarında hər tələbədən Xəlil Orucov 200 AZN qoparmasa gecələri yuxusunda cin-şeytan görər.

Bu hələ harasıdır 13-15 fən hər semestr imtahan götürülür ki, kollecdəki tələbələrin sayını da diqqətə alsaq, o zaman Orucov kolleci özünün gəlir dəyirmanı hesab edir.

Mənbənin verdiyi məlumatda oda qeyd edilir ki, Orucov kollecdə dövlət imtahanlarıda keçirir ki, bu imtahanlarda da hər tələbədən 200 AZN tərlədərək alır

Paylaş