Bu yaxınlarda təhsil nazirinin müavini təyin edilmiş Mətin Eynullayevlə bağlı sərəncamın rəsmi saytlardan silinməsi müəmması davam etməkdədir

Nazir Mikayıl Cabbarovla yaxınlığı ilə seçilən. M.Eynullayevin müavin təyinatını təsdiqləyən sərəncamın qeybə çəkilməsi mətbuatda ciddi rezonans doğurub.

KORRUPSİYA.AZ xəbər verir ki, editor.az-ın üzə çıxardığı bu məsələ barədə hələ ki rəsmi qurumlardan heç bir reaksiya verilməyib.

Belə ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 11 Yanvar 2017-ci il tarixli 2589 saylı sərəncamı müəmmalı şəkildə yoxa çıxıb.

Sözügedən sərəncam müəmmalı şəkildə icraatdan yayındırılmaqla yanaşı, bütün internet resurslarından, o cümlədən də president.az saytından silinib.

Ölkə başçısının məlum sərəncamından sonra Nazirlər Kabinetinin 28.02.2017 tarixli qərarı ilə də Eynullayev Mətin Balasən oğlunun təhsil nazirinin müavini vəzifəsinə təyin edildiyi təsdiqlənib. (cabmin.gov.az/?/az/pressreliz/view/2268/ )

Prezidentin 11 yanvar 2017-ci il tarixində imzaladığı sərəncam president.az saytının sərəncamlar bölümündən də silinib. (president.az/documents/orders/page/23)
Bunlardan əlavə, hazırda Təhsil Nazirliyinin rəsmi saytında “Rəhbərlik” bölümündə də nazir müavinlərinin adları arasında Mətin eynullayevin adı yoxdur.

(edu.gov.az/az/page/38)

Ulus.Az-ın media üzərindən apardığı araşdırmaya görə, uzun zamandır nazir müavini Ceyhun Bayramovla Mətin Eynullayev arasında ciddi qarşıdurma yaşanırdı. İddialara görə, onun Eynullayev barədə hansısa planda əli olduğu iddia edilir.

Mətin Eynullayev indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Mətbuatda yazılan xəbərlərdə deyilir ki, onun adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallandırılır.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas kimi çalışmış Mətin Eynullayevin təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi yoxdur.

Təhsil naziri Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynı olduğunu bildirən mənbə iddia edir ki, nazir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində onunla birlikdə çalışanların bir qismini Təhsil Nazirliyində yüksək vəzifə ilə təmin edib.

Mətin Eynullayev İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas, aparat rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, Mikayıl Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində onun köməkçisi vəzifəsində çalışmış Elnur Əliyevi bir müddət əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin birinci müavini postuna təyin edib.

Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir. Mətin Eynullayevlə bağlı bir məqamı da nəzərinizə çatdıraq ki, o, təhsil nazirinin tələbə yoldaşıdır.

Mətin Eynullayevin vasitəçiliyilə son zamanlar Təhsil Nazirliyi podratçı şirkətlərlə daha sıx əməkdaşlıq edilib.

Belə ki, məhz aparat rəhbərinin apardığı danışıqlardan sonra nazirlik hər hansı tender elan edilmədən podratçı şirkətlərə sifariş vermək ənənəsini daha da genişləndirib.

O da bildirilir ki, Mətin Eynullayev orta məktəblərdə müəllim işləmək istəyənlərin arzularını yerinə yetirərkən şəxsi maraqlarını təmin etməyi də yaddan çıxarmır.

Belə ki, onun müvafiq tapşırığı ilə orta məktəblərdə müəllim kimi işə düzəlmək istəyən namizədlər bunun üçün irəli sürələn «şərt»lərə mütləq əməl etməlidirlər.

KORRUPSİYA.AZ

Paylaş