Ölkədə məmur harınlığı, onların yaxınlarının, qohumlarının qudurğanlığı bütün əndazələri aşmaqdadır; Dövlət rəhbərliyi cızığından çıxmış məmurları və yaxınlarını cəzalandırır, bu yandan isə axın dayanmır…

Ulus.Az xəbər verir ki, bu günlərdə vətəndaşı qanına qəltan edən Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənov da belələrindəndir.

Biləsuvar rayon Ovçubərə kənd sakini Eyniyeva Gülsabah Havarxan qızı müraciət ünvanlayıb. Onun şikayəti Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənovdandır.

O, Kamal Həsənovu və ətrafını qanunsuzluqda, övladlarını vəhşicəsinə döyməkdə ittiham edir. Bu barədə mətbuatda döyülən şəxsin qan içində olan fotoları da yayımlanıb. Komitə sədrinin əmisi oğlunun törətdiyi cinayət cidi hiddt doğurub.

General Novruzəli Orucovun oğlu Rüstəmin avtobus şoferini döyməsinin ardınca K.Həsənovun əmi oğlusunun bu hərəkəti prezidentin nəzərinə çatdırılıb.

Bildirilib ki, məmurlar və qohumları sadə insanların başına oyun açırlar və ölkədə təxribat yaradırlar. Generalın ardınca komitə sədrinin qohumun cəzalandırılması və K.Həsənovun vəzifəsindən çıxarılacağı gözlənilir.

Prezident ətrafında onun siyasətinə xələl gətirən qüvvələr tək-tək təmizləməkdədir. Ona görə də Cəlilabad və Biləsuvarda “at oynadan”, rayonu viran qoyan, Fərhad Əliyev və Eldar Mahmudov söhbətlərinə görə unudulmayan Kərəm Həsənovun komitəsinin ləğvi, özünün istefaya göndərilməsi gündəmdədir.

Ulus.Az xəbər verir ki, Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Həsənov qulluq mövqeyindən sui-istifadə etməklə, aldatma yolu ilə əhalinin kasıb təbəqəsinə ziyan vuraraq, onları dövlətdən narazı salmağa çalışır.

Şikayətçi deyir ki, Kamal Həsənov bizi aldadaraq, etibarımızdan sui-istifadə edərək 2016-cı ilin yaz aylarında bizə məxsus torpaq sahəsini öz yaxın qohumunun adına sənədləşdirmişdir.

Bunlar azmış kimi, bu yaxınlarda, yəni 22 iyun 2017-ci il tarixdə övladım İmanov Əhlimanı öz fermasının yaxınlığında, otlaqda heç bir səbəb olmadan ölümcül döyərək, ona ağır bədən xəsarəti yetirmişdir.

Kamal Həsənov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu olmasından istifadə edərə, belə əməllər edir, cəzasız qalır”.

Əldə etdiyimiz bilgilərə görə, K.Həsənov hakimiyyətin “qara siyahı”sına düşüb. Onun MTN işində adının hallanması, deputat qardaşı Malik Həsənovun Eldar Mahmudovla yaxınlığı barədə dosye, Həsənovların Cəlilabadda meydan sulaması haqda şikayətlər bu klanın sonunu yaxınlaşdırıb.

Paylaş