Ölkə başçısının rayona səfəri ərəfəsində Vasif -Rövnəq cütlüyü narazı vətəndaşları hədələyirlər

İki gündən sonra ölkə başçısı İlham Əliyevin Pirallahı rayonuna səfəri nəzərdə tutulub. Prezidentin rayona səfərinin səbəbi yeni tikiləcək Balıq –Konserv zavodunun təməlini qoymaq və rayonda yeni olan bir neçə dövlət müəssisəsinin açılışında iştirak etməkən ibarətdir. Xatırladım ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev tərəfindən tikiləcək. Rauf Vəliyev də SOCAR prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə bu işə başlayıb. Pirallahını şəxsi mülkü kimi zəbt edən Neft Şirkəti rəhbərinin özbaşınalığı nəticəsində rayonda ölkə başçısına qarşı təxribat aparılmaqdadır.
Rayona gələcək ölkə başçısının vətəndaşlarla görüşü də planlaşdırılır. Lakin icra başçısı Vasif İmanov narazı insanların səsini boğmaq tapşırığı alıb. Belə ki, bir neçə gün öncə Pirallahı rayonunda olan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev icra başçısına narazılıq edən insanları bütün vasitələrdən istifadə edərək susdurmağı tələb edib. Rayonun dənizkənarını zəbt edən SOCAR şefinin tapşırığından sonra Pirallahıda sadə vətəndaşlar hədələnməkdədir. Maraqlıdır ki, Rövnəq Abdullayev Pirallahıdakı milyonlarla dəyərində olan villasını da qara siyahıdan çıxardaraq Prezidentə yalan məlumat verilməsinə nail olub.
Realliq.info –da gedən yazılarda qeyd etmişdik ki, rayonun mərkəzində, binaların qarşısında sadə vətəndaşlara məxsus obyektləri sökən icra başçısı indi həmin ünvanlarda özünə və şefinə məxsus mağazalar və digər obyektlər tikdirib. Sadə vətəndaşları aldadaraq – burda park salınır – deyən Vasif İmanovun sonradan həyata keçirdiyi özbaşınalıq ciddi narazılıqlara səbəb olub. Həmin insanlarda prezidentin rayona gəlişi ilə bağlı şikayətlərini bildirmək istəyirlər. Lakin, Vasif İmanov şefi Rövnəq Abdullayevin tapşırığı ilə ölkə başçısına yalan məlumatlar verməyə hazırlaşır. Ölkənin var –dövlətini talayan bu məmurlar indi sadə vətəndaşları hədə-qorxu içində saxlamaqla məqsədlərinə çatmaq istəyirlər. Bir neçə gün öncə rayon icra hakimiyyəti binasına toplaşan narazı insanlara yalançı vədlər verilib və verilən sözlərə bu günə kimi əməl olunmayıb. Bundan sonra insanların susdurulması üçün SOCAR prezidentinin verdiyi tapşırıq və icra başçısının qanunsuz tələbləri etirazlara səbəb olub.
Realliq.info – ya müraciət edən Pirallahı rayon sakinləri ölkə başçısından kömək istəyirlər. Onlar Rövnəq-Vasif cütlüyünün qanunsuz əməlləri nəticəsində düşdükləri durumdan narazıdırlar və Prezidentdən adıçəkilən şəxslərin cəzalandırılması üçün tapşırıq verməyini xahiş edirlər.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir və ətraflı məlumat verəcəyik.

Nia.az

Paylaş