Son günlər irili-xırdalı bir çox məmurların mərkəzi hakimiyyətin iradəsinə qarşı çıxması faktları aşkar hal alıb. Artıq bu prosesə bəzi icra başçılarının da qoşulduğu haqda məlumatlar var. Bununla bağlı Savash.org-a daxil olan məlumatda Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı maraqlı məqamlar yer alıb.

OperativXeber.az bildirir ki, Bərdə rayonundan daxil olan məlumata görə, icra başçısı “yuxarılar”ın nəzarətindən kənar müəyyən siyasi islahatlar aparmağa qərar verib. Mənbənin məlumatına görə, V.İsayev Yeni Azərbaycan Partiyasının rayon təşkilatında bəzi addımlar atmağa qalxıb: “ İcra başçısı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayaya qarşı kampaniyaya başlayaraq ilk olaraq onu YAP Bərdə rayon təşkilatının sədrliyindən kənarlaşdırmaq istəyib. Bundan öncədən xəbər tutan xanım məmur əks həmləyə keçib”.

İcra başçısının Bərdədə “YAP əməliyyatı”: Vidadi İsayevin Şadlinskini devirmək planı necə iflasa uğradı?Mənbənin bildirdiyinə görə, F.Şadlinskaya icra başçısının planlarını alt-üst etmək üçün şəxsi kanallarını işə salıb: “ O problemlə bağlı Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinskinin atası tanınmış tibb alimi Vaqif Şadlinskiyə müraciət edib. Bu müraciətsə cavabsız qalmayıb. YAP icra katibi Əli Əhmədovun Vidadi İsayevə qəzəbli zəngi məlum prosesi başlamamış başa çatdırıb”.

Maraqlıdır ki, bu Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin YAP rəhbərliyindən aldığı ilk tənbeh deyil. Belə ki, mənbənin Savash.org-a bildirdiyinə görə, V.İsayev rayona icra başçısı təyin olunan kimi ilk işlərindən biri sabiq icra başçısı İlham Ağayevi Bərdə rayon təşkilatının İdarə Heyətindən kənarlaşdırmaq olub. Bu zaman isə YAP rəhbərliyində təmsil olunan millət vəkili Siyavuş Novruzov icra başçısına bərk qəzəblənib və 300 min manata, şəxsi vəsaiti ilə rayonda YAP-a qərərgah tikdirən şəxsə qarşı bu addımı pisləyib. Amma rayonun əvvəlki kuratoru Taryel Ayayevin nüfuzundan olan qorxu V.İsayevi bu addımdan daşındırmadı.

Bərdə rayon rəhbərliyi ilə bağlı ilginc məlumatlar bununla yekunlaşmır. Mənbənin Savash.org-a verdiyi məlumatlarda digər olaylardan da bəhs olunur.

Paylaş