Sumqayıt Heydər Əliyev Mərkzəində naziri aldadanlar bu gündə yalanlarına davam etməkdədirlər. Beləki bir müddət əvvəl verdiyimiz məlumatda qeyd etmişdik ki, Sumqayıt şəhərində yerləşən Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində qanunsuz əməllərin sahibi olan şəxslər qanundan hansı yollarla yayınmağa müvvəfəq olublar. Mədəniyyət və Turizm nazirliyinidə öz əmələrinə alət edən şəxslər tabeçiliyində olduqları rəhbərə qarşı yalanlar sataraq milyonların sahibi olublar.

Keçən yazımızda qeyd etmişdik ki, “Heydər Əliyev Mərkəzində rəsmi sənədlərdə yazıldığı kimi tədbirlər və kurslar təşkil olunmur. Mərkəzin direktoru tərəfindən işə qəbul edilən müəllimlərin fəaliyyəti də yoxdur. Onlar ancaq əmək haqqları almaqla məşğuldurlar. Mərkəzdə heç bir kurslar keçirilmir və tədbirlər zamanı ora dəvət olunan şəxslərin çoxu Sumqayıt da yerləşən DTV-nin əməkdaşıdırlar.

Bir müddət öncə Heydər Əliyev Mərkəzinə gələn Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim olunan vətəndaşlar da DTV əməkdaşları olub. Lakin, Mərkəzin direktoru nazirlə görüşdə həmin şəxsləri mərkəzdə keçirilməyən kursların tələbəsi kimi təqdim edib. Halbuki əksəri televiziya əməkdaşı olan şəxslər ümumiyyətlə kurslarda iştirak etməyiblər.

Mərkəzdə hər fənn üzrə işə götürülən müəllimlərin isə maaşları hər ay dövlətdən alınır. Direktorun və müəllimlərin keçirilməyən kursları rəsmiləşdirmələri görünür aidiyyatı qurumları narahat etmir.

Heydər əliyevin adını daşıyan mərkəzi öz şəxsi maraqlarının obyektinə çevirənlərin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.”

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru, nazir Əbülfəz Qarayevi necə aldadıb

Qarşı tərəfin mövqeyini dinləməyə hazır olduğumuzu bildirdiyimiz halda, tərəf mövqe bildirmək əvəzinə yazının çıxarılması tələbi ilə çıxış edərək məsələyə aydınlıq gətirməkdən boyun qaçırdı. Bütün deyilənlərin həqiqət olduğuna qənait gətirməyimizə səbəb olan məqam isə məhz Mərkəzin direktorunun məsələyə fikir bildirməsi əvəzində, yazıda qeyd edilən DTV-nin əməkdaşlarının müdaxiləsi idi. Heydər Əliyev Mərkəzinə gələn Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə yalan danışan Mərkəz rəhbəri DTV əməkdaşlarının əli ilə saytlardan yazıların yığışdırılmasına cəhd edib. Bakunews.az-a da zəng edərək yazının silinməsini istəyən adını qeyd etməyən jurnalist xanım hansı məqsədin ardınca getdiyindən xəbərsiz olduğu məlum olub. Dövlət büdcəsindən külli miqdarda pullar əmək haqqı olaraq nazirlik tərəfindən ödənildiyi halda aldıqları pul qarşılığında mərkəzdə heç bir naliyyətə imza atılmamışdır. Naliyyətin olmaması bir yana bunu olmuş kimi Nazir Əbülfəz Qarayevə reklam olaraq qurama əməlləri DTV-nin əməkdaşlarını Mərkəzin üzvləri tələbələri kimi təqdim ediblər.

Heydər Əliyev Mərkəzində aparılan oyunların aşkara çıxarılmasına və dövlət büdcəsindən silinən milyonların hansı məqsədlərə xidmət etdiyinin araşdırılmasına BakuNews.az olaraq nail olacağıq. Bununla balı ilk iş günündə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə və digər aidiyyatı qurumlara bununla bağlı müraciətimiz olacaqdır.

Keçən yazımızda olduğu kimi bu yazımızda da Mərkəzin direktorunun məsələyə mövqeyini bildirməsini gözləyirik. Amma bu dəfə DTV əməkdaşlarının vasitəsi ilə deyil özünün şəxsən münasibəti bizim üçün önəmlidir.

Redaksiyadan: Yazıda adları keçən şəxs və ya qurumların mövqeyini dinləməyə hazırıq.

Nia.az

Paylaş