Məlumdur ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirir. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Dövlətimizin başçısının 2016-cı il aprelin 21-də imzaladığı Sərəncama əsasən, hər il aprelin 25-nin Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də bu sahənin stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə töhfə verir.
Təəssüflər olsun ki, dövlət başçısının bu kimi göstəriş və tapşırıqlarının əleyhinə çıxan bəzi harınlamış məmurlar da vardır. Elə redaksiyamızın elektron ünvanına daxil olmuş çikayət məktubunda da sahibkara qarşı amansız rəftardan və əmlakın qanunsuz dağıdılmasından söhbət açılır.
İkinci qrup əlil Bünyatov İlqar Ağarəhim oğlu bildirir ki, Şamaxı rayonu Nağaraxana kəndinin ərazisində, Vergilər nazirliyinin tədris mərkəzinin yerləşdiyi ərazinin yanında 7 hektar torpaq sahəsini qanuni yolla icarəyə götürüb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya arxalanaraq mən də aldığım həmən torpaq sahəsində mal-qaranı və onun yemini saxlamaq üçün tövlənin tikintisinə başladım ki, xırda bir fermer təsərrüfatı yaradım və iş yerləri açım. Xalqımıza və dövlətimizə ləyaqətlə xidmət edim. Amma tikinti aparmaqla özümü bəlaya saldım. 25.06.2016-cı ildə inşa etdiyim tikili qanunsuz şəkildə yerlə-yeksan edildi. Bu barədə DİN-nin 102 xidmətinə zəng etdim. Şamaxı polis idarəsinə məni dəvət etdilər, günahkarların tapılacağını bildirdilər. Bir müddətdən sonara mənə yazılı və şifahi şəkildə bildirildi ki, dəymiş maddi ziyan 5000 (beş min) manatdan aşağı olduğu üçün cinayət işi dayandırılıb. Mən başa düşə bilmirəm olan-qalanımı buraya xərcləmişəm, hətta fəhlələrin pulunu vermək də çətinlik çəkirəm. Günahkarlar niyə tapılmır.
Şamaxının başçısı sahibkara divan tutdu
22.04.2017-ci ildə tikintini yenidən bərpa etmək qərarına gəldim.Üç gün keçməmiş mənə xəbər verdilər ki, “kamxozun” işçiləri yenə də tikintinin dam örtüyünü dağıdıblar. Mən dərhal hadisə yerinə gəldim. Hadisəni törədənlərin əynində “kamxoza” aid forma var idi. Şəxsi mülkümü niyə dağıdırsınız bu ki, Prezidentin göstəriş və tapşırıqlarına ziddir. Onlar, bu “Yuxarının” tapşırığıdır deyə biz başqa bir şey deyə bilmərik dedilər.
Mən yenidən 102 xidmətinə zəng etdim. Amma bunun da bir faydası olmadı. Bildirilir ki, İcra başçısının ciddi göstərişi əsasında bu cinayət hadisəsi həyata keçirilib. Bu da Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğıya ziddir. İcra başçısının sahibkarların fəaliyyətini məhdudlaşdırması və bunun müqabilində hansısa maraqlarını təmin etmək niyyəti birbaşa cinayət hadisəsidir. (Hətta, sahibkar bildirdi ki, icra nümayəndəsi tövlənin tikintisinə körə, 200 manat rüşvət istədi) Qeyd edək ki, Polisin işinə də dolayısı yolla İçra başçısının müdaxiləsi nəticəsində sahibkarın mülkünə maddi ziyan vurmuş günahkarlar tapılmır. Eynilə rayon prokurorluğu da mənə dəstək olmadı. (Bu da bir daha onu köstərir ki, rayonun İcra başçısi, polis və prokurorluq da əlbir olaraq, öz maraqları naminə Prezidentimizin sahibkarlığa qayğı ilə yanaşmaq ideyasina xəyanət edirlər.)
Qeyd: Ölkə rəhbəri Cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Eyni zamanda, ölkə əhalisinin təqribən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, bu sahə yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi üçün son dərəcə vacib və gərəkli bir sahədir.Təşəbbüslərdən söhbət düşmüşkən, aqrar bölmənin inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılmasını bu sahədə reallaşdırılan mühüm tədbirlərdən biri kimi qeyd etmək olar.teref.info
Ardı var: (ARAŞDİRMALAR DAVAM EDİR…)