Azərbaycanın Fransadakı Səfiri Rəhman Mustafayevin “Twitter”dəki paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

AZXEBER.COM xəbər verir ki, səfir Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri zamanı Maliyyə Naziri Samir Şərifovla görüşündən olan fotosunu öz “Twitter” hesabında paylaşıb. Səfir paylaşımında “Minister of Transport Sharifov: “Azerbaijan is ready to open its logistical networks to Franch good and services” statusunu yazıb.

R.Mustafayevin Maliyye Naziri Samir Şərifovu “Nəqliyyat naziri” kimi təqdim etməsi isə sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Belə ki, sözügedən statusun fotosu gün ərzindən ən çox paylaşılan şəkillərdən biri olub. İstifadəçilərin əksəriyyəti səfirin Maliyyə Nazirini tanımamasını qınayıblar.

Bir müddət sonra isə səfir “Twitter” hesabında həmin paylaşımı silərək səhvini düzəldib. O, növbəti paylaşımlarında Samir Şərifovu Maliyyə Naziri kimi təqdim edib.

Qeyd edək ki, Rəhman Mustafayev prezident İlham Əliyevin 23 iyun 2017-ci il sərəncamı ilə Azərbaycanın Fransadakı Səfiri vəzifəsinə təyin edilib.Hamı bu statusdan danışır: Azərbaycanlı səfir nazir Samir Şərifovu tanımır? (FOTOFAKT)Hamı bu statusdan danışır: Azərbaycanlı səfir nazir Samir Şərifovu tanımır? (FOTOFAKT)

Paylaş