Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ətrafında qalmaqallar və gizli saxlanılmağa çalışılan, amma müxtəlif vasitələrlə davamlı olaraq ilginc informasiyalar mətbuata sızdırılmaqdadır

Bildiyimiz kimi, adıçəkilən idarədə uzun illər idi korrupsiya mexanizmi quran İmtahan və Qeydiyyat Şöbəsinin müdiri Hacımurad Abdullayev təqaüdə göndərildi. Ardınca isə həmin şöbə elə eyni adla idarəyə çevrilərək həmin idarəyə rəhbərliyi baş idarə rəisinin müavini, Hacımurad Abdullayevin işbaz ortağı Mübariz Şahbazov gətirildi. Bu iki şəxsin hal-hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı aparılan ləğv edilmiş “MTN çetesi” ilə müxtəlif yaxın və isti əlaqələri olması heç kimə sir deyil. Bəli, özünü bəzən respublikamızın cənub bölgəsinin Kumiri hesab edən Mübariz Şahbazovun ləğv edilmiş MTN ilə yaxınlığının da bəzi qaranlıq epizodlar üzərindən qurulmuş yaxın əlaqələrə istinad etsək əslində, bir çox mətləblərə və məqamlara rast gəlmək olar ki, bu da intihar etmiş MTN polkovnikinin bir vaxtlar qəzet manşetlərindən Şahbazovun əleyhinə dərc olunan tənqidi yazıların çıxarılmasına yönəlmiş zəhmət və jestləri ilə yadda qalır.

Bəs görəsən, həmin mərhum polkovnikin Şahbazovu və hal-hazırda onun müavini vəzifəsində işləyən Müşfiq Rəhimovu “qara qüvvələr”dən qorumağın arxasında hansı MİLLİ MƏSƏLƏ dayanırdı? Bildiyim qədər həmin MÜHAFİZƏKAR ölkənin konstision qurluşunun müfafizəsi yetkisində idi, hansısa “mexanizmi”n başında dayanan çinovnikləri qorumağa yox…(bu barədə çox ciddi məlumatlar gəlməkdədi. əldə edilən məlumatlar araşdırılandan sonra dərc etməyə çalışacağıq-red)

Digər tərəfdən, BDYP idarəsində güclü bir sindrom var. Bu, Mübariz Şahbazov sindromudur. İstənilən sürücülük kateqoriyasını almaq istəyən şəxs MERO yox, yəni sürücülük vəsiqəsi vermək hüququna malik olan şöbəyə müraciət edib vəsiqə ala bilər. Həmin şöbənin də nəzarətçisi Mübariz Şahbazovdur və bu sindrom demokl qılıncı kimi MERO əməkdaşlarının başı üstündən asılıdır. Ona görə ki, “yezda” zamanı avtomobili yerindən tərpətməyi bacarmayana “əla” qiymət yazana, sadə yol nişanlarından başı çıxmayana “sən keçdin” – deyənlər yolqəzalarına məsul şəxslərdir. Yeri gəlmişkən: “Bizə yalnız qəpik-quruş qalır” – deyən MERO yetkilisinin yəqin ki, daşı kimin bostanına atdığını da çoxunuz yaxşı bilirsiniz.

Onu da bildirək ki, Azerinews.org olaraq media üzərindən apardığımız araşdırmalarda onu da öyrəndik ki, DYP sistemində ən varlı şəxslər məhz “Cənub qruplaşmasının” üzvləridir. Buna misal olaraq Müşfiq Rəhimovu deyə bilərik. İllərdir nömrə “biznesi” ilə məşğul olan bu şəxs demək olar ki, böyük bir oliqarxdır. Təkər, restoran, ərzaq və sair bizneslərlə məşğul olan şəxsin əsas şəriklərindən birinin Mübariz Şahbazov olduğu iddia edilir.

Məhz buna görədə “Cənub qruplaşmasının” rəhbərləri özləri haqqında ilginc məlumatların mediada işıqlanmaması üçün müxalifətə və Eldar Mahmudova eləcədə İlqar Əliyevə bağlı mətbuatla münasibətləri hər zaman yaxşı saxlamağa çalışıblar. Qeyd edək ki, polkovnik Mübariz Şahbazovun, Müşviq Rəhimovun Bakı şəhərində və regionlarda hansı obyektlərinin olması barədə araşdırmalarımız davam edir və əldə etdiyimiz məlumatları davamlı olaraq oxucularımıza təqdim edəcəyik.Azerinews.org

Paylaş