Korrupsiya.az-a bir qrup sahibkar şikayət ünvanlayıb.Həmin şikayəti diqqətinizə çatdırırıq:

Cənab Prezident İlham Əliyev! Fəaliyyət göstərdiyimiz “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə (kənd təsərrüfatı bazarı) qarşı artıq 7 aydan çoxdur ki, Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadə, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurrahmanov, Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səhliyar Mikayılov və digər yerli qurumlar bizim sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza imkan vermirlər. İcra başçısı M. Səlimzadənin göstərişləri ilə dəfələrlə bizə qarşı hücumlar təşkil olunub və qarşıdurma yaratmağa cəhd edilmişdir. Faktiki olaraq Mehdi Səlimzadə bizim və ailəmizin taleyi ilə də oynamaqdan çəkinmir. O, və ona tabeçilik göstərən yerli məmurlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək böhtan xarakterli tələblərlə çıxış edərək bizim dolanışıq yerimiz olan bazarın fəaliyyətinə son qoymağı qərara alıblar. Artıq bu barədə şifahi xəbərdarlıqlar çatdırılır ki, bizə qarşı gəlsəniz hamınızı həbs edəcəyik. Deyilənlərə inanırıq! Çünki, indiyədək Göyçay rayonunda hər cür pisliyə imza atmış M. Səlimzadə nəinki bizi həbs etdirər, hətta güllələdər də! Amma onlar da bilsinlər ki, biz sahibkarlar da ailəmizin çörəyini hansısa harınlamış məmurlara güzəştə getmək niyyətində deyilik. Odur ki, bizə arxa-dayaq durmağı, qayğımıza qalmağı və ən əsası bizi Mehdi Səlimzadə zülmündən xilas etməyi Sizdən artıq dərəcədə xahiş edirik.

Paylaş