Əməkdar artist Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov həbs oluna bilər. Bu barədə Palitika.Az-a xəbər verilib

Atası Çingiz Cəlilov barəsində olan cinayət işində verdiyi ifadə A.Cəlilovu məsuliyyətə cəlb edə bilər.

Röyanın eks-əri qeyd edib ki, “Çudo Peçka” MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub: 

“2012-ci ildə atam yanına çağırıb dedi ki, “Çudo Peçka”nın fəaliyyəti ilə bağlı “Bank Standard”dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir.

Mən də atamla razılaşdım, bundan sonra həmin bankın “MUM” Univermağının yanındakı baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım.

Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm”.

Ç.Cəlilovun digər oğlu Teymur Cəlilov öz ifadəsində qardaşı Anar Cəlilovla eyni məzmunlu ifadə verib.

İttihama görə, Çingiz Cəlilov və “Bank Standard“ın idarə heyətinin sədri Səlim Kirman cinayət əlaqəsinə girib, 14 milyon manata yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kirman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.

Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.

Palitika.Az-ın məlumatına görə, Röyanın keçmiş ərinin ölkədən çıxışı yasaqlanıb və istintaq altındadır. Hazırda müflisləşən iş adamının oğlu depressiya yaşayır.

A.Cəlilov və qardaşı atalarının barəsində məhkəmə hökmü olana qədər Azərbaycanda kənara çıxa bilməzlər. Onların həbs edilib-edilməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

“Bank Standard” QSC-nin lisenziyasının ləğv olunması, bankının idarə heyətinin sabiq sədri Səlim Krimanın ölkədən qaçması, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun isə həbsi Heydər Babayevdə ciddi panika yaradıb.

2008-ci il prezident seçkilərindən sonra hökumətin tərkibindən uzaqlaşdırılan sabiq iqtisadi inkişaf nazirinin qurduğu biznes imperiyasına ciddi təhlükə var.

Heydər Babayevin ailəsinə məxsus “AB Standard” QSC-nin tərkibinə lizinq, sığorta, bank, hüquq, istehsal, hotelçilik və digər sahələrə aid bir neçə şirkət daxildir.

Hazırda holdinqə “Standard Lizinq” QSC, “Standard Kapital” MMC, “AJC” MMC (daşınmaz əmlak idarəçiliyi), “AB Skybell” MMC (telekommunikasiya-bu şirkət çoxdan fəaliyyət göstərmir), “Dərnəgül Boru Zavodu” QSC və “Lənkəran Mehmanxana” QSC daxildir.

Başqa oliqarxlardan fərqli olaraq, H.Babayev holdinqin səhmlərinin 100 faizinin ona aid olduğunu gizlətmirdi.

H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb.

Paylaş