Xəbər verdiyimiz kimi 25.08.2017-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Fazil Ələkbərov təyin edilmişdir. Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub.

Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olunub. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu. Amma etibarlı mənbədən Rafiq Abbasovun Naxçıvanda bir gecə oteldə qaldıqdan sonra təyinatı ləğv edilərək bakıya döndüyü qeyd edilib.

Məsələnin əsas qəhrəmanı olan F.Ələkbərov çox keçmədiki Naxçıvan Muxtar Respublikanın Ali Məclisin Sədri Vasif Talıbovla quda oldu. Bu qohumluq bağı onun təyin edildiyi postda əl qolunun açılmasına imkanlar verdi. Naxçıvan əhalisinin DİN-nə təyinatdan sonra zor anlar yaşamaq məcburiyyətində qalıb. Fazil Ələkbərovun rəhbəri olduğu qurum insan hüquqlarına hörmətsizlik və dinc əhalini şantaj etməklə yanaşı zorakılığada əl atmaqdadır. Hətta bu yazını yazmaq qərarına gələrkən başımıza hansı oyunların gələ biləcəyini hesab edərək bunu yenə də yazmağı qərər verdik. Daxili İşlər Nazirliyinin özbaşınalığı ölkə rəhbərinin verdiyi tapşırıqlarının tamamilə əksinə atılan addımlar kimi qiymətləndirmək mümkündür. İnsanlar hüquqlarını tələb etməyinə peşman edilməkdədir. Tələblə gələn təqiblə geri qayıtmaqdadır. Qeyd edək ki, Naxçıvanda vətəndaşları məhs Daxili İşlər Nazirliyinin əməkdaşlarından həddən ziyyadə qorxur. Onların qanunsuz tələblərinə boyun əymək məcburiyyətində qalmaqdadırlar. Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri Vasif Talıbovla quda olan Daxili İşlər Naziri qanunları məhs özünə xas yönləndirir. Ulu öndər Heydər Əliyevin bir zamanlar tarixi sözlər sırasında məhs bunu demişdir ki, “şah qanun deyil, Qanun şahdır”. Bu kəlam bütün Azərbaycan xalqının dilində artıq əzbər olub. Paytaxtın mərkəzi küçələrində deyim olaraq sərlövhə edilib. Əhməd Əhmədovun vəzifədən getməsi ilə sistemdə tamamilə kəskin dəyişiklər olacağın gözləyən naxçıvanlılar… elə gözləməklə də qaldılar. Ə.Əhmədovun polis zabitlərini rəsmi quldur dəstəsi kimi işlətməsi dönəmi görünür yenidən geri qayıdır. Yeni nazirin fəaliyyətini müşahidə etdikcə sözlərimizə haqq qazandıracaqsınız. Qudasının etimadından sui-istifadə edən nazir daha hansı qanusuz əməllərin icrasına göstərişlər vermək qərarındadır.

Əgər deyilən qanunsuzluqların Nazir F.Ələkbərovla heç bir bağlılığı yoxdursa o zaman onun bu yazıdan sonra DİN əməkdaşlarının barədə ciddi ölçülər götürmək qərarı verməlidir… Atacağı adımları səbirsizliklə gözləməkdəyik…

Mövzuya qayıdacağıq!(BakuNews.Az)

Paylaş