Vəkil İsmayıl Kəngərli virtualaz.org-un redaksiyasına müraciət edərək, müstəntiq Bahadur Əliyevin qanunsuz hərəkətlərindən danışıb. Mənbənin bildirdiyinə görə, müstəntiq dələduzluğun qurbanı olmuş İlqar Qurbanovun işini araşdırarkən “hörmət”ə ümid edib və qanunları pozub

“2015-ci ildə İ.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin texniki qurğuların təmiri departamentində işləyib. Departament rəisi Çingiz Məmmədov dövlət vəzifəsi tutmaqla yanaşı, tikinti sahəsində sahibkarlıqla da məşğul olub və İlqara təklif edib ki. onun şəriki olsun. Şərik kimi Qurbanov işə 130 min manat pul qoymalı idi. Nədənsə şübhələnən Qurbanov pulu Məmmədova verməsi anını videokamera ilə çəkib”, – vəkil qeyd edib.

Müştərək biznesdən Qurbanov heç bir qazanc götürməyib. Dövlət müəssisəsindəki rəisi isə ona gördüyü işlər barədə hesabat verməyi artıq bilib və tam hüquqlu şərikinə hər hansı faiz ödəməyib. Bunu görən Qurbanov 2017-ci ilin avqustunda vəkil Kəngərli ilə müqavilə bağlayıb və Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.

Ç.Məmmədov tərəfindən iri məbləğdə pul vəsaitinin mənimsənilməsi üzrə ərizə müstəntiq Bahadur Əliyevə ötürülüb. Lakin bu qanun keşikçisi düz iki ay rəsmi qeydiyyatdan keçmiş işə baxmaqdan imtina edib və hətta öz rəhbərliyinin göstərişini də qulaqardına vurub.

Paylaş