Bakunews.az-a daxil olan məlumata Xırdalan bələdiyyə sədri Eldar Əhmədovun qanunsuz əməlləri ilə bağklıdır. E.Əhmədovun atdığı addımların qanuna zidd əməllər olmasına baxmayaraq gözün üstə qaşın var deyən yoxdur. Beləki, Əhmədovların qanunsuzluqları Abşeronda qanun tanımaması qəbir yerlərinin yüksək məbləğə satılmasını təmin edilməsi ilə yükunlaşmamaqdadır. E.Əhmədovun oğlunun rayon məhkəmə hakiminin köməkçisi olması onun dahada əl qolunu açmağına rəvac verib. Bakunews.az-a verilən məlumata görə qanunsuz əmələri ilə əlaqədar Eldar Əhmədova Abşeron prokrorluğu tərəfindən artıq cinayət işi açıldığıda bildirilir. Məzarlığın ərazisinə təyin etdiyi Dilavər adlı şəxsin E.Əhmədovun əmri olmadan bir qarış veri belə kimsəyə vermədiyi onun razılığı və qoyduğu qiymətlər əsasında yerlərin satıldığı qeyd edilən məlumatlardandır.

Xırdalan məzarlığında isə qiymət qəbrin yerləşdiyi məkandan, onun panoramasından, yola yaxınlığından asılı olaraq dəyişir. Hələ burada müştəri cəlb etmək üçün qiymət “öldürən” rəhbərlikdən heç danışmıram. Xırdalanda bir nəfərlik məzar yeri almaq istəyən insana digər ölülərin qəbirlərinə bitişik, quru ot basmış yerlər təklif edilir. Bunun üçün isə yuxarıda sadalandığı kimi, vətəndaşa ilk əvvəl iki və daha çox adam üçün nəzərdə tutulan yerlərin vacibliyi, fəzilətləri (üstünlükləri) açıqlanır. Vətəndaş təkliflə razılaşdıqda dərhal “B” planına – yerlərin qiyməti məsələsinə keçilir.

Dirinin bağrını, ölünün gorunu çatladan qəbir qiymətləri
Qohumlarından biri dünyasını dəyişmiş kimi yaxınlaşdığımız Xırdalan qəbiristanlığının müdiriyyəti bizə ilk əvvəl “A” planını, daha sonra isə “B” planını uğurla qəbul etdirdi. Ancaq qiymətdən razı qalmadığımızı gördükdə başladı qiymətləri aşağı salmağa: “Qardaş ən gözəl yer buradır. Həm də iki nəfərlikdir. Qiymət 1300 manat. Narazı qaldız? Sizin üçün 1100 olsun”. Daha sonra isə həmin dəllal yenə də razılaşmadığımızı görərək “yaxşı oğlana oxşayırsız. Həm də yasınız var. Axı hamımızın son mənzili bura olacaq” deyərək qiyməti 900 manata qədər endirdi.

 

 

Paylaş