Uzun müddət “TransBroker” MMC adı altında gömrük sistemində rəsmən “Dəli Domrulluq” etmiş keçmiş broker Əbülfəz Məlikovun bu vaxta qədər sahiblənə bildiyi varidatla bağlı məlumat yayılıb.

Belə ki, DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin iddialarına görə, hazırda Əbülfəz Məlikovun dünyanın bir neçə ölkəsəində daşınmaz əmlakları, biznes şəbəkəsi mövcuddur. Eyni zamanda 200-ə yaxın şəxsi bahalı avtomobilləri olan Əbülfəz Məlikovun ümumi varidatının qiymətinə gəlincə isə, bu rəqəm eşidənin dodaqlarını uçuqladır…

Dia.az-a danışan mənbə iddia edir ki, Əbülfəz Məlikovun varidatının ümumi dəyəri hələ azaldılaraq hesablanarsa 1 milyard dollardan çoxdur.

Hər halda, dəyərli oxucu” belə bir sərəvtin gömrükdə bir məmur tərəfindən mənimsənilməsi o anlama gəlir ki, bu vaxta qədər və elə indinin özündə də Azərbaycan gömrüyündə rəsmən büdcə qarəti gedib və davam edir…

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…teref.az

Paylaş