Son dövrlər Sumqayıt şəhərində baş verən hadisələrlə az da olsa oxucularımızı məlumatlandırırıq. Bu şəhərdə sözün həqiqi mənasında xeyli dəyişiklik olub. Tikilən yeni obyektləri, binaları, salınan parkları, bulvarı demirik. Onlar təbii ki, şəhərin abadlığı üçün təqdirəlayiq işlərdir . Söhbət sırf abadlıq, quruculuq işlərindən getsəydi əlbətdə ki, ilk öncə şəhərin icra başçısı Zakir Fərəcovun müstəsna xidmətlərindən qeyd edərdik. Necə ki, bu illər ərzində ölkə mediası kifayət qədər məlumatlar dərc edib. Lakin məsələnin mahiyəti olduqca aktual və məmur özbaşınalıqlarından bəhs edən faktlardır. Sumqayıt sakinlərinin bildiklərini, söylədiklərini isə yazmaqla qurtarası deyil. Bir deyil, iki deyil. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, hazirda Sumqayıtda ən böyük problem kadr məsələsidir. İndi də təkrar edirik ki, Sumqayıt şəhəri kadr sarıdan tənəzzülə gedir. Bu yazımızda dosye.org olaraq belə kadrlardan biri: Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovdan bəhs edəcəyik. Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından üç ildən artıq vaxt keçib.

Bu dövr ərzində Sumqayıt şəhərində Təsil Şöbəsinin müdiri dörd dəfə dəyişib. Bununla bağlı dosye.org məlumat verir ki, Zakir Fərəcov Sumqayıta başçı gələn kimi etdiyi ilk kadr dəyişikliklərindən biri də Təhsil Şöbəsinin müdiri oldu. Dövlət Maliyyə Nəzarət Xidməti 2 saylı Regional Maliyyə Mufəttişliyinin rəisi Akif Zeynalovun yaxın qohumu, bir neçə il məktəb direktoru işləmiş Teymur Səmədovu Sumqayıt şəhər Təhsil Şöbəsinə müdir təyin etdi. Lakin kecmiş Təhsil Naziri Mikayıl Cabbarov onun seyfindən tapılmış dəftərçədəki qeydləri görüb Teymur Səmədovun nəinki belə bir mötəbər quruma rəhbərliyə, heç məktəb direktorluğuna da layiq görməyərək işdən azad edir. Nazir tərəfindən vəzifədən uzaqlaşdırılmış Teymur Səmədovu qohumluq tellərinə görə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə humanitar məsələlər üzrə müavin vəzifəsinə apardı və çox keçmədi ki, Teymur Səmədov icra başçısının birinci müavini oldu.

Bu qısa zaman çərçivəsində Teymur Səmədovun nələr əldə etdiyinə toxunmaq fikrimiz yoxdu. Onsuz da onları sübut etmək mümkün olmayacaq. Ancaq Sumqayıt sakinlərinin sözlərinə görə Teymur Səmədov şəxsi güzəranını yaxşılaşdırmaq üçün qısa zaman çərçivəsində çox böyük işlər görüb. Vəzifəsindən sui-istifadə etmək yolu ilə. Teymur Səmədov Sumqayıt şəhər İcra Hakimiyəti başçısının birinci müavini vəzifəsini necə icra edir deyə bilmərik, ancaq vəzifəsindən sui-istifadə hallarını çox məharətlə icra etdiyi açıq görsənir. Bu günlərdə Teymur Səmədovun elə vəzifəsindən sui-istifadə halına yol verməsi şəhər sakinlərinin müzakirə obyektinə çevrilib. Ötən il aprelin 27-də Teymur Səmədovun övladının Sumqayıt şəhərində “Qərb” şadlıq sarayında toy məclisi keçirilib. (Allah mübarək etsin, xoşbəxt olsunlar!) Toyda iştirak etmiş şəxslərin sözlərinə görə dəvətlilərin sayı 1000 nəfərdən çox olub.

Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin işçilərindən tutmuş,digər dövlət strukturlarının, polis, prokurluq, vergi, gömrük, rəhbərləri, xəstəxana və poliklinikaların baş həkim və muavinləri, məktəb direktorları, bağça müdirləri. və digər vəzifəli şəxslər toyda iştirak ediblər. Təbii ki, bu vəzifədən sui- istifadə halından başqa bir şey deil. Bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən 54 orta məktəbdən 30-a yaxınında direktor yoxdur. Şəhər Təhsil şöbəsinin xüsusi əmri ilə həmin təhsil müəsisələrində direktorları əvəz edən şəxslər təyin olunub. Görəsən ölkənin üçüncü şəhərinin təhsil müəssisələrinin 50%-dən çoxunda nədən direktorlar yoxdur? Lütfən bunu Təhsil nazirlyinin təşkil etdiyi direktorların qəbulu müsabiqəsi ilə əlaqələndirməyin. Bu yoxluğun tarixinə nəzər yetirmək daha məqsədəuyğundur. Bundan başqa deyilənə görə direktorları olmayan məktəblərə Sumqayıt şəhər İHB-nin I müavini Teymur Səmədov nəzarət edir. Və o da qeyd edilir ki, cənab Səmədovun “xeyir-duasını” almayan bir kimsə, kimi isə əvəz edə bilməz. Məktəblərlə kifayətlənməyən Teymur Səmədov şəhər baxçalarını da öz nəzarətində saxlayır. Məktəblərdən toplanan aylıq haqdan əlavə, baxçalara uşaq qəbuluna görə yığılan pullar da T.Səmədova ötürülür. Mənbənin məlumatına görə pul toplama prosesinə Teymur Səmədovun Aynur adlı işçisi rəhbərlik edir.
DOSYE.ORG

Paylaş