Ucar rayonu Alpout kənd sakini Əliyev Səfər Ələmdar oğlu tərəfindən GundemXeber.Az-a daxil olan şikayət məktubunda qeyd olunur ki, Alpot kənd 1 №-li tam orta məktəbin director müavini vəzifəsini daşıyan Zaman Xəlilova öz tərbiyəsiz hərəkəti ilə mənim 10 yaşlı oğlum Əliyev Yusifcanı ölüm həddinə çatdırıb.

Belə ki, məktəbin “zavuç”u övladının yanında atasına bildirib ki, “bu uşağın atası sən deyilsən.” redaksiyamıza müraciət edən atanın ürək dağlayan fikirlərini çoxsaylı oxucularımıza odluğu kimi təqdim edirik:
Məktəb şagirdinə və valideyininə qarşı “zavuç”dan tərbiyəsizlik-ŞOK MÜRACİƏT (FOTOLAR)
“Hörmətli redaksiya! Nəzərinizə çatdırmaq istəyirəm ki, Ucar rayon Alpot kənd 1 №-li tam orta məktəbin zavuçu Zaman Xəlilova öz tərbiyəsiz hərəkəti ilə mənim oğlum həmin məktəbin şagirdi 10 yaşlı Əliyev Yusifcanı ölüm həddinə çatdırıb.Artıq evdə uşağı nəzarət altında saxlayırıq.
Belə ki, 17 sentyabr 2019-cu il tarixdə məktəbə gedib tənəffüs zamanı oğlum Yusifcanla söhbət edən zaman məktəbin zavuçu Zaman Xəlilova bizə yaxınlaşdı və mənə dedi ki, nə söhbət edirsən bu uşağın atası sən deylsən.
Gözləmədiyim məqamda deyilən bu nalayıq, əxlaqsız söz məni və oğlumu sarsıtdı.Mən bunun səbəbini soruşduqda Zaman Xəlilova təkrar olaraq dedi ki, sən bu uşağın atası deyilsən.
Məktəb şagirdinə və valideyininə qarşı “zavuç”dan tərbiyəsizlik-ŞOK MÜRACİƏT (FOTOLAR)
Zavuç Zaman Xəlilovanın tərbiyəsiz hərəkəti barədə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramova şikayət ərizəsi ilə müraciət etmişəm.Həttda Zaman Xəlilovanın bu tərbiyəsz hərəkətləri barədə sosial şəbəkədə də paylaşma etdilər.Bundan sonra 19 sentyabrda Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrafilovun iştirakı ilə Alpot kənd 1 №-li tam orta məktəbdə iclas keçirildi. Müəllim kollektivinin qatıldığı həmin iclasa məni şikayətçi və hadisənin iştirakçısı kimi dəvət etmədilər.Mənim və oğlum Yusifcanın iştirakı olmadan keçirilən həmin iclasda əvvəlcədən hazırlanmış senari əsasında iki müəllim Gültəkin Əhmədova və Ülviyyə Əliyeva bizim əlehimizə çıxış edib tərbiyəsiz hərəkət edən Zaman Xəlilovanı tərifləyiblər.Hansı ki, Zaman Xəlilovanı tərifləyən Alpot kənd 1 №-li tam orta məktəbdə psixoloq müəllimi vəzifəsində işləyən Gültəkin Əhmədova aylarla işə gəlmir iri və xırda buynuzlu heyvan təsərrüfatı ilə məşğul olur.
Məktəb şagirdinə və valideyininə qarşı “zavuç”dan tərbiyəsizlik-ŞOK MÜRACİƏT (FOTOLAR)
Ülviyyə Əliyeva isə məktəbdə dərs keçmək əvəzinə paltar, ayaqqabı qalanteriya malları alveri ilə məşğul olur.Onların bu qanuna zidd əmələrinə şərait yaradıldığı üçün hər iki müəllimə yalandan mənim və oğlum Yusifcanın əlehinə çıxışlar edib bizi pisləyiblər, tərbiyəsizlik etmiş Zaman Xəlilovanı tərifləyiblər.Hər iki müəllim həmin vaxt hadisənin şahidi olmayıblar.
Məktəb şagirdinə və valideyininə qarşı “zavuç”dan tərbiyəsizlik-ŞOK MÜRACİƏT (FOTOLAR)
Qeyd edim ki, mən Alpot kənd 1 №-li tam orta məktəbin bufetində işləmək üçün həmin məktəbin direktoru Əfqan Məmmədova 1800 manat pul vermişdim. Bir müddət işlədikdən sonra direktor başqa şəxsi mənim yerimə işə götürdüyü üçün şikayət edib məndən aldığı 1800 manat rüşvəti geri qaytarmağı tələb etdiyim üçün onların qəzəbinə tuş gəlmişəm.Hələdə məndən aldığı 1800 manat rüşvəti direktor geri qaytarmayıb. Direktor Əfqan Məmmədov orta məktəbdə yaratdığı qruplaşmanın əli ilə məni və oğlumu açıq-aşkar təhqqir etmişdi.Əgər Zaman Xəlilova məni oğlumun yanında təhqqir etmişdisə həmin iclasa mən və oğlum dəvət edilib dinlənilməli idik.Ancaq bunu qəsdən məqsədli şəkildə etmədilər yalanlarla böhtanlarla iclas keçirib Zaman Xəlilovanın tərbiyəsiz hərəkətinə haqq qazandırıblar.
Məktəb şagirdinə və valideyininə qarşı “zavuç”dan tərbiyəsizlik-ŞOK MÜRACİƏT (FOTOLAR)
Direktor Əfqan Məmmədov və onun müavini Zaman Xəlilovanın yartdığı özbaşınalığın nəticəsidnə Alpot kənd 1 №-li tam orta məktəbdə şagir və müəllimlərin davamiyyəti pozulub.Heç bir əsas olmadan müəllim və şagirdlərin əksəriyyəti dərs buraxırlar, dərsə tez-tez gəlmirlər.Demək olar ki, 10 və 11 ci sinif şagirdləri dərsə az sayda gəlirlər. Məktəbdə nəzarət, nizam-intizam yoxdur.
Mənim 10 yaşlı oğlum Yusifcan məktəbin zavuçu Zaman Xəlilovanın tərbiyəsiz hərəkəti nəticəsində şokdadır sarsıntı keçirib uşaq hər vaxt intihar edə bilər.Biz valideyin kimi bundan çox-çox narahatıq.
Elena hadisəsi Alpot kənd 1 №-li tam orta məktəbində təkrarlana bilər.
Mən Mehriban xanım Əliyevaya və Təhsil Naziri cənab Ceyhun Bayramova müraciət edib xahiş edirəm Ucar rayonu Alpot kənd 1 №-li tam orta məktəbində obyektiv yoxlama aparılsın azyaşlı şagird olan oğlum Yusifcanı və məni açıq-aşkar təhqqir edən zavuç Zaman Xəlilovanın barəsində ciddi tədbirlər görülsün.Belə bir tərbiyəsizin müəllim işləməsi yolverilməzdi.”GundemXeber.Az

Paylaş