ÖZÜNÜ KİFAYƏT QƏDƏR GÜCLÜ HESAB EDƏN KƏRƏM HƏSƏNOVUN ARZUSU KERÇƏKLƏŞİR.

Beləki, Azərbaycanın əsas siyasi personajlarından biri, hakimiyyət sistemində dövlət başçısından və Birinci vtse – prezidendən sonrakı şəxs olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təntənəli şəkildə yila salındı.

GUNinfo.az xəbər verir ki, hakimiyyət daxilində yeni güc formalaşdırılır. Və çox yaxın gündə bu güc bir çoxlarını sıradan çıxarmağa qadir bir səviyyəyə yüksələcək. Bu məlumatı hökumət içindəki qaynaq iddia edir. İddiaya son zamanlgörə, hakim düşərgənin favoritlərindən birinə çevrilən, 2005-ci ildə öz performansı ilə diqqətləri çəkən, QİYMƏTLİ KAĞIZLA OYNAYIB, ÖLKƏ ƏMLAKINA SAHİB OLAN Kərəm Həsənov özünün ictimai sferadakı əzəməti ilə bir çoxlarına meydan oxumaqdadır.

Mənbənin söylədikləri: «Dünənə qədər PA rəhbəri Ramiz Mehdiyevin çətiri altında püxtələşən Kərəm Həsənov bu gün müstəqil şəkildə dəst-xətt nümayiş etdirir. Artıq onun Ramiz Mehdiyevə ehtiyacı yoxdur. Və elə bir həddə yetişib ki, hətta Ramiz Mehdiyevin ona ehtiyacının olduğu məqama gəlib çıxıb. O, Həsənov ki, deputat və icra başçısı təyin etdirə bilir. Bir neçə naziri özündən aslı vəziyyətə salaraq, lazım olan yerdən, lazımi olan qədər təsirlənir».

Həsənovlar klanının gücü onların kapitalından qaynaqlanır. Cənubun lideri hesab edilən Kərəm Həsənova məxsus olan torpaq və qeyri yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdim edirik:
1. Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12. Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.
14. Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qarajının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20. Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi, Şirkətlər, ticarət mərkəzləri, min hektarlarla torpaq sahələri, restoranlar, milyonluq mülklər, avtosalonlar, min hektarlarla üzüm sahələri, AZİNKO və s. (siyahını üzatmaq da olar) şəbəkə nəzarət rıçaqlarını əlində saxlayan Kərəm Həsənov bu gün iqtidar cinahında kifayət qədər böyük təsir gücünə malikdir: Təbii ki, ona bu qüdrəti verən qüvvə var. Və bu gün həmin qüdrətin hələ də Kərəm Həsənovun arxasında dayanması onu PA rəhbərliyinə yüksəlməsi deməkdir.

Qaynağın sözlərinə görə, özünü artıq PA rəhbəri yerində görən və bu yolda bütün rəqiblərini əzməyə hazır olduğunu nümayiş etdirən Kərəm Həsənov hətta dost çevrədə «boz kardinal» adlandırılmasını xoş qarşılayır. Bu həqiqətən də belədir…

Qeyd edək ki, bir digər məlumata görə Kərəm Həsənov baş nazir Əli Əsədova müavin olacaq. Bu isə çox inandırıcı deyil. Səbəb isə gün kimi aydındır…

Paylaş