Cavanşir Həsənli yazır:
“Bura Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsidir. Yol çəkmək adı ilə xaraba günə qoyulub. Deyərsiniz, bizə nə dəxli var? Məsələ burasındadır ki, Kaluqa qəsəbəsinin sakinləri bizim məmurlardan birindən, daha doğrusu Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Həmin Ziyəddin Əliyevdən ki, qubalıları ağ günə çıxarıb, indi İvano-Frankovsk əhlini ağ günə çıxarır. 7 milyon avroya Ukraynanın Nikolaevsk şəhərində asfalt zavodu açıb, sahibi olduğu “Alov Bud” şirkəti Kaluqa qəsəbəsində 600 metrlik asfalt döşənməsi ilə bağlı ƏDV xaric 4 milyon 249 min qrivnalıq (təxminən 171 min dollar) tenderi udub. Asfaltı çəkib, 7 il istismar qarantiyası verib, işin tamamından sonra ərazini xaraba qoyub. İndi Kaluqa sakinlərli Ziyəddin müəllimin şirkətinin gördüyü işdən məhkəməyə şikayət ediblər, kommunikasiya xətləri, yol nişanları qırılıb, köhnə asfalt tullantıları yolun kənarına atılıb, təzə yol da göz qabağında… (http://vikna.if.ua/news/category/kl/2019/10/28/103472/view). Yeri gəlmişkən, son 2 il ərzində Ziyəddin Əliyev Ukraynada 51 dövlət satınalması və 50 tender üzrə müqavilə bağlayıb ki, bunların ümumi dəyəri 20 milyon dollara yaxındır. Bu barədə ayrıca yazacağam. Biz az çəkirdik bunlardan, bir də ukraynalılara yazıq oldu.” \\Nuh.az