DTX-nın keçirdiyi son əməliyyatlardan sonra icra başçıları qorxuya düşüblər. Ötən günlərdə xəbər vermişdik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov Biləsivarın keçmiş başçısı Mahir Quliyevin həbs olunmasından sonra xəstələnib.

Son məlumatlara görə, sözügedən şəxs səhhətində yaranmış problemdən dolayı 3 gün işə çıxmayıb. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Astarada da icra başçısı təlaş keçirir. Belə ki, Mahir Quliyevin həbsindən sonra icra başçısı Qəzənfər Ağayev kabinetindəki bütün əşyaları boşaltdırıb.

Məlumata görə, Qəzənfər Ağayevin bunu etməkdə məqsədi DTX tərəfindən qoyulması ehtimal olunan gizli kameranın yerini müəyyən etmək və ya əşyalar üzərindədirsə, ondan qurtulmaqdır.

Gələn məlumatlara görə, Astaranın icra başçısı kabinetini təmir etdirməyi də düşünür. Bu təmir işi isə yenə gizli kamera ilə bağlıdır.

Astara İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər. Lakin oradan bildirilib ki, kabinetin boşaldılması otağın havalandırılması, teni dizayn verilməsi və əsaslı təmizlik işləri ilə bağlıdır.

Hərçənd rayondakı mənbələr bunu təsdiqləmir və qeyd edirlər ki, Qəzənfər Ağayev kabinetindəki bütün əşyaların yenilənməsi və köhnələrin anbara yığılması barədə göstəriş verib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Paylaş