Son günlər Baş Dövlət Yol Polis İdarəsində (BDYPİ) və həmən qurumun Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbələrində (“MERO”) baş verən xoşagəlməz hadisələrlə bağlı dosye.org-a məlumatlar sızmaqda davam edir.
Mənbəmiz iddia edir ki, Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində avtomaşınlar şöbəyə gəlməməklə texniki baxışdan keçə bilir. Məsəl üçün, istənilən bölgədən avtomaşını idarə edən şəxs “WhatsApp” vasitəsi ilə idarə etdiyi avtomaşını texniki baxışdan keçirir.
Bir şərtlə ki, ödəmə dərhal həyata keçirilməlidir. Yəni, avtomaşın “mühərriki 2”-ə qədər 30 manat olduğu halda 60 manat, “mühərrik 2”-dən “mühərrik 3”-ə qədər 70 manat, yük maşınlarına isə 100 manat tələb olunur. Bu da əlbəttə ki, BDYPİ-nın fəaliyyətini kölgə altına alır. Zaman-zaman mətbuat bu cür hallardan bəs qədər sübütlar qeyd etsədə, qeyd etdiyimiz neqativ işlər “MERO”larda davam edir.
Üzücü hal ondan ibarətdir ki, belə bir qurumda saxtakarlıq və neqativ hallara STOP deyilən hələ ki. yoxdur. Məsələ dərindən araşdırıldığı üçün bəzi məqamlara toxunmuruq. Növbəti yazılarımızda Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində baş verən faktları videogörüntü ilə sizlərə təqdim edəcəyik. Bizi izləməyi unutmayın…. dosye.org