Prezident İlham Əliyevin elan etdiyi islahatlara uyğun olaraq, dövlət idarəçiliyində rüşvət və korrupsiyanın qarşısını almaq istiqamətində görülən tədbirlər davam edir.

Bizimxeber.az bildirir ki, əgər cəmiyyət əvvəllər korrupsiyaya qarşı mübarizənin icra başçılarının həbsi ilə məhdudlaşacağını düşünürdüsə, davamında Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində ( DSX) keçirilən əməliyyatlardan sonra daha yüksək vəzifəli şəxslərin də cəzalandırılacağına inam yaradıb.

İslahatlar bütün sahələri əhatə etdiyi kimi Azərbaycan Silahlı Qüvvələrində də müsbət addımlar atılır. Bir neçə gün əvvəl mediada yayılan xəbərələrə görə, Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin qanunsuz əməlləri barədə material dərc edilmişdi.

Araşdırmalarımız zamanı aydın olub ki, həqiqətən də nazirliyin Daxili Təhlukəsizlik İdarəsi, Maddi Texniki Təminat Baş İdarəsində son illərdə baş verən qəribə olaylarin üstünü açıb. Sən demə, müəyyən adamlar “dərə xəlvət tülkü bəy” prinsipi ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun etimadından sui-istifadə edirmiş. Bəllidir ki, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə Fuad Məmmədov adli general təyin edilsə də, əslində həmin vaxtdan son günlərədək qurumu Azad Salamov adlı mülki şəxs idarə edib.

Dunya hərb tarixində hələ belə təcrübəyə rast gəlinməyib ki, general rütbəli zabit özü də daxili idarəni mülki şəxsə tabe etdirsin. Təsəvvür edin, adam yüksək vəzifəyə təyin olunur, ona ali hərbi rütbə verilir, amma o, özünü mülki şəxsə təslim edir. Həmin şəxs də quzu cildinə girmiş canavar kimi əlindən gələn bütün naqis əməlləri Vətəni qorumağa mükəlləf olan orduya qarşı edir.

Azad Salamov adli bu şəxs 2-3 il ərzində korporativ maraqlarına görə, Maddi Texniki Təminat Baş İdarəsinin strukturlarının vəzifə-ştatını bir neçə dəfə dəyişməyə nail olub və Fuad Məmmədovun təqdimatı və əmri ilə ixtisası uyğun gəlməyən zabitləri müxtəlif vəzifələrə təyin edib.

Məsələn, Azad Salamov ixtisası raket artilleriya silahları muhəndisi olan xalası oğlu polkovnik-leytenant Əliyev Elgunu avtomobil hərbi hissəsinə komandir təyin etdirərək həmin hərbi hissədən şəxsi maraqları üçün istifadə edib.

Xalası oğlu rəsmi vəzifəsi referent olan Azad Salamov üçün “Niva” markalı xidməti avtomibil ayırıb. Bundan başqa, MAXE-lərdən birini xidmətdən yayındırıb. Onun tapşırığı ilə həmin MAXE şəxsi avtomobili ilə Azad Salamovun ailə üzvlərinə sürücülük edir.

Başqa bir fakt isə əvvəllər Maddi Texniki Təminat İdarəsində MAXE olan və heç bir hərbi təhsili olmayan Tural Məmədova leytenant rütbəsinin verilməsilə bağlıdır. İddia olunur ki, bu şəxs hərbçi olsa da, ayağı hətta ön cəbhəyə yaxın yerlərlə dəyməyib. Amma buna baxmayaraq Azad Salamovun dəstəyilə mayor rütbəsinə qədər yüksəlib.

Mudafiə Nazirliyi bir neçə ilə əvvəl mediada dərc olunmuş bir məlumatı da araşdırsa, pis olmaz. Söhbət Fuad Məmmədovun 2016-cı ilin yanvar ayında verdiyi, lakin 2015-ci il ilin dekabr ayına qeydiyyata salınmış iki əmrdən gedir. Həmin əmrlərlə Azad Salamov ikinci ixtisas dərəcəsi olmasına baxmayaraq “usta” dərəcəsi alıb. Bununla da hər ay dövlət bu şəxsə əlavə 500 manat verməyə məcbur olub.

Paylaş