Bölgələrdə olan bir çox məmurların, o cümlədən də Mingəçevir şəhərindəki bəzi məmurların varidatı paytaxtdakı yüksək çinli oliqarx-məmurlardan da heç də geri qalmır. DTX-nın baş idarəsi yəqin ki,RETSİ-nin rəisi Saleh Abdullayevin fəaliyyətini mütləq araşdıracaq. Yerli mediada yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, heç kimlə hesablaşmayan və fantastik sərvətə malik “Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev yalnız bir nəfərin liderliyini və rəhbərliyini qəbul edir:”Azərenerji” şefi Baba Rzayevin…
Mingəçevirdə qurulan imperatorluq
“Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayev uzun illərdir məmur kimi fəaliyyət göstərsə də,onun təkcə Mingəçevirdə dəyəri milyonlara ölçülən biznes obyektləri və daşınmaz əmlakları var. Həmin obyekt və daşınmaz əmlakların bir hissəsinin siyahısını cumhuriyyet.az olaraq sizə təqdim edirik:
-Mingəçevir şəhərinin İslamzadə küçəsində-Kür çayının yaxınlığında 3 böyük villa;
-Sağ sahil yaşayış massivində “Ana Kür Place” adlı şadlqı sarayı və mebel salonu;
-H.Əliyev prospektində üç mərtəbli “Səadət ” şadlıq sarayı+mərasim zalı;
-M.Maqomayev küçəsində binanın birinci mərtəbəsində böyük obyekt(hazırda “Təmiz qaz”a yüksək qiymətə icarəyə verilib);
-S.Vurğun küçəsində Məşğulluq Mərkəzinin keçmiş iki mərtəbəli binası(hazırda “Qaçqınkom”un nümayəndəlikləri yerləşir.Yəqin icarədar kimi);
-Şəhərin düz mərkəzində-ən bahalı yerdə qiyməti təxminən yarım milyon manat olan villa;
-Mingəçevir şəhəri, 20 yanvar küçəsində “köhnə mebelni” adlanan binada avro-təmirli 5 otaqlı mənzil;
-Kür çayının sağ sahilində yeni otel layihəsi üçün böyük torpaq sahəsi;
-Şəhərin “Lakavarka” deyilən hissəsində 1 ha torpaq sahəsi(sotu təxminən 8-10 manat);
-Mingəçevir Polis şöbəsində işləyən oğlu-baş leytenant Aydın Abdullayevin hər gün işə sürdüyü 99-AA-018 dövlət nömrə nişanlı son model BWW maraklı avtomobil;
-Qiyməti 100 mindən artıq olan son model “Nissan-Patrol” maraklı avtomobil;
-Range Rover;
-“Merseds”-S600
-Bakının müxtəlif ünvanlarında, o cümlədən Yasamal rayonu ərazisində yerləşən “Novostroyka”larda bir neçə təmirli mənzil;
-Bakı şəhərində “Avto-salon”;
“Ailə ansablı”: arvadı, qardaşı, bacıoğlusu və…
Saleh Abdullayevin rəhbərlik etdiyi qurumun daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatlardan isə əməlli-başlı kitab yazamaq olar.Hətta,mingəçevirlilər arasında belə deyir:”Saleh müəllimin rəhbərlik etdiyi idarə Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) yox,”Abdullayev”MMC-dir”.Çünki adıçəkilən idarədə onun nə az,nə çox 20 nəfərə yaxın qohumu və ailə üzvləri işləyir.Həyat yoldaşı Sevil Abdullayeva(mühasib), qardaşı Müşfiq, qardaşının kürkəni Cavid, bacısı oğlu və s. yaxın qohumları(dəqiq adlı siyahını növbəti günlərdə təqdim edəcəyik)…
Bu isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır.
Yüz minlik əməliyyat
Hətta,ötən il məmur-oliqarx Saleh Abdullayevin adı başqa bir qalmaqalda da hallanmış və mətbuat səhifələrinə çıxmışdı.Söhbət Mingəçevirdə Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratorunun saxta sənədlə götürülərək naməlum istiqamətə aparılmasından gedir. Məcburi köçkünlərin verdiyi məlumata görə,generatorun naməlum səbəblərdən naməlum istiqamətdə aparılması ilə bağlı Saleh Abdullayevin ilk cəhdi noyabr 2018-ci il tarixdə,ikinci cəhdi isə 12 yanvar 2019-cu il tarxidə olub.Lakin həmin ərəfələrdə köçkünlərin ciddi etirazı və “generator elçiləri”nin əllərində “qanuni sənəd”lərin olmaması cəhdləri boşa çıxarıb.İşçilərinin “bacarıqsızlığı”nı görən RETSİ-nin rəisi Saleh Abdullayev üçüncü cəhddə özü şəxsən iştirak edib və “Qaçqınkom”un Mingəçevirdəki sabiq nümayəndəsi “Seyid Hüseyin”in “danılmaz xidmətləri” sayəsində,o cümlədən axtarıb tapdıqları “qanuni akt” əsasında köçkünləri yola gətirə bilib.Beləliklə,”generator əməliyyatı” uğurla başa çatıb. Məcburi köçkünlərə aid generatorun aparılılmasının videogörüntüsünü cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Təəssüf ki,Yeni qəsəbədə yaşayan məcburi köçkünlər aldadıldıqlarını gec başa düşüblər. Biznesmen məmur Saleh Abdullayev qanunsuz əməlləri bununla bitmir.Belə ki,o ötən ilə kimi saxta diplomla onun müavini işləmiş Arif Cəfərova “krışalıq” edərək,onu Yevlaxa müdir təyin etdirib. Ali təhsili olmayan bu şəxsin “Azərişıq” sistemində necə rəhbər vəzifədə çalışması olduqca maraqlıdır.
İcra başçısı olmaq iddiası
Yayılan məlumatlarda “Mərkəzi Aran” RETSİ-nin (Regional Enerji Təchizatı və Satışı İdarəsi) rəisi, şəhərdə “işıq Saleh” kimi tanınan Saleh Abdullayevin icra başçısı təyin olunacağı bildirilir. Hətta iddialara görə, bununla bağlı prezident sərəncam da imzalayıb (?!), sadəcə elan olunması bir qədər yubanır. Qeyd edək ki, adı gələcək icra başçısı kimi hallanan “Mərkəzi Aran” RETSİ-nin rəisi Saleh Abdullayev (“Mərkəzi Aran” RETSİ-nin struktur tərkibinə Mingəçevir şəhəriylə yanaşı, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş rayonlarının elektrik şəbəkələri daxildir – A.) 90-cı illərin ortalarında bir müddət icra hakimiyyətində şöbə müdiri işləyib. S.Abdullayevin energetika sahəsinə transferi gözlənilməz olsa da, o artıq uzun müddətdir bölgənin enerji təsərrüfatında rəhbər vəzifədə çalışır.
Əlbəttə, ictimaiyyət arasında kifayət qədər müzakirələrə səbəb olan bu söz-söhbətlərə şayiə deyib ötmək də olardı. Nəzərə alaq ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı postu boş deyil. Bəs görəsən, bu cür məlumatları dövriyyəyə kim(lər) buraxır; adı icra başçısı kimi hallanan şəxsin özü, yoxsa ətrafı?
***
Son aylarda ölkə başçımız cənab İlham Əliyevin qanunsuz əməllərlə məşğul olan məmurlara qarşı sərgilədiyi barışmaz mövqe hər kəsdə böyük inam yardıb ki, özbaşınalıq edən məmurlara arxasının kim olmasından asılı olamayaraq sərt şəkildə cəzalandırılır.
Mövzuya qayıdacağıq…
Ana Səhifə Gündəm Mingəçevir oliqarxının “çevriliş” planı: Saleh Abdullayev şəhəri satın alıb, indi də… FOTOLAR+VİDEO