Bu günlərdə Ağ Göl Milli Parkı ilə bağlı cumhuriyyet.az olaraq yazılar dərc etmişdik. Yazıda irəli sürüləb iddialarla bağlı qarşı tərəfdən ciddi, əsaslandırılmış təkzib gözləyirdik. Amma maraqlıdır ki, qarşı tərəf Fərid Hüseynov adlı vəkili vasitəsilə maraqlı bir aşıqlama göndərib. Fotosurət halında olduğundan həmin aşıqlamanı elə o formada da diqqətinizə çatdırırıq:
Heç bir əks arqument, iddiaları yalanlayan faktlar təqdim etmədən vəkil yazılanları təkzib etməyi və yazıların saytdan çıxarılmasını istəyir. Halbu ki, Ağ Gölün yeni rəhbəri Qüdrət İbrahimovun Bakıdakı “Zümrüd” restoranındakı gizli danışıqlarından nazirin Milli Parka səfəri zamanı onun yoluna qəsdən atılan atılan güllə gilizinə qədər müxtəlif ittihamlar var. Milli Parkda brokonyerlərin ən çox müdaxilə edə biləcəyi“Quzuçalası” kimi adlanan ərazidəki postun yanaraq məhv edilməsi və bu faktın gizlədilməsi də bu sıradadır. Kustar üsulla düzəldilmiş elektrik cərəyanı ilə Milli Parkın su akvatoriyyasını tamamilə məhv edilib, balıqların su resursları, daha doğrusu suda yaşayan bütün canlıların məhv edilməsi də ittiahamlar arasındadır. Məşhur filmdə deyildiyi kimi “Bəs bunu kimin vicdanına yazaq, kərbəlayı?”.
Ağgöl Milli Parkında başverən qanun pozuntuları nəyinki dayandirilir əksinə getdikcə dahada şiddətlənir. Bioloji müxtəlflik xidmətinə göndərilən məlumat əsasında xidmətin rəisi Firiddun Əliyevin göstərişi ilə əraziyə baxış keçirilən zaman Qüdrət müəllimin mal-qara sahibləri ilə dırnaqarası razılaşması öz təsdiqini tapıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, üç və dörd nömrəli mühafizə postlarının ərazisində (məlumat üçün bildirək ki, həmin əraziyə ceyranlar buraxılıb) çoxlu sayda mal-qara otlaması aşkarlanıb, 92 baş iribuynuzlu mal-qara sayılaraq şəkilləri çəkilməklə aktlaşdırılıb. Bioloji müxtəliflik xidmətinin əməkdaşlarının səyi nətiçəsində tərtib olunma akta əsasən 900 Azərbaycan manatı məbləğində çərimə yazılaraq ödənilməsi təmin edilib. Q,İbrahimovun fəaliyyəti ilə bağlı daha bir müəmmalı məqam 23 fevral 2006 il tarixli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrinin dəyişdirilməsidir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə həmin tarixdə Q.İbrahimova müqavilə öhdəliklərini yerinə yetirmədiyinə, xidməti uyğunsuzluqla işdən azad edilib. Amma sonradan hansısa sehirli əl bu əmri dəyişdirərək müavilə müddəti bitmə kimi redaktə edib. Elə həmin sehirli əl də Q.İbrahimovu qanunsuz müsabiqədən keçirə bilib. İndi isə bütün bu əməliyyatlar sayəsində Ağ Göl Milli Parkını ələ keçirən Qüdrət İbrahimov iş başındadır. Bu fəaliyyətin bir məqamını da cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: 2019-cu ilin dekabr ayında Milli Parkda ova təşəbbüs edərkən saxlanılmış şəxslərdən üç ədəd ov silahı alınaraq Milli Parkın silah anbarına təhvil verilib. Sonradan Qüdrət İbrahimovun dırnaqarası xidmət və səriştəsizliyinin nəticəsində bir manatda ödəniş olmadan silahlar sahibinə qaytarılıb. Əvvəlki illərlə müqayisədə Milli Parkın fəaliyyətini əks etdirən göstəricilər aybaay aşağı düsür. Budurmu islahat, budurmu demokratik direktor seçimi?
Mövzunu davam etdirəcəyik…

Paylaş