“Azərbaycanda kiçik vəzifədə olanın kiçik, böyük vəzifədə olanın böyük korrupsioner olduğu məlum idi. Ancaq vəzifəlilərin bu şəkildə həyasızlıqla korrupsiya ilə məşğul olması adama fantaziya kimi görünür. Bu insanların məhkum edilməsi, mənimsənilmiş pul  və ya mülkünün əlindən alınması, sərvətin sahibi xalqa qaytarılması çox vacibdir».

Korrupsiya.az-ın xəbərinə görə, bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev xatırladıb ki, torpaqlar işğaldan azad edilib, bu proses tək ordunun mətinliyi, xalqın hakimiyyətin ətrafında birləşməsi ilə uğur qazana bilməz: “Bu şanlı qələbənin qazanılması üçün ölkə ən azı 4 milyard dollar xərcləyib. Azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün azı 10-15 milyard dollar tələb olunur. Bu maliyyənin heç olmazsa 5 milyardı bu məmurların əlindən alınıb büdcəyə qaytarılmalıdır. Sovet ittifaqının dağılmasının son illərində, yəni 1987-1991-ci illərdə Azərbaycanda ən çox maaş alan şəxs idim. Ölkədə orta əmək haqqı 200, işlədiyim zavodda 600 rubl olanda, təxminən 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çox saylı ixtiralara görə. Azərbaycan müstəqillik əldə edəndən sonra, yəni 1992-ci ildən bir gündə bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı. Bu tip məmurlara o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım. Cəmiyyəti bu insanlardan təmizləmək lazımdır. Həbs etməyin çox da tərəfdarı deyiləm, amma oğurladıqlarını öz xoşları ilə xalqa qaytarsınlar, sonra gedib bacarırlarsa yenidən qanun çərçivəsində bizneslə məşğul olsunlar”.

Paylaş