Vətəninfo.az-a daxil olan məlumatda iddia edilir ki,Sovet dövründə kolxoz sədri, sonradan rayon icra hakimiyyətini başçısının müavini, uzun müddət YAP Xaçmaz təşkilatının sədri, on səkkiz il Xaçmaz rayon Regional mədəniyyət İdarəsinə rəhbərlik etmiş Nazim Ağayev rəisi olduğu idarənin kompyuterləri üçün antivirusa 10 min 426 manat pul silib.
Daxil olan məlumatda o da vurğulanır ki,Nazim Ağayevin korrupsiya yolu ilə taladığı pulların cəmi haqda təsəvvür yaratmaq xeyli çətinlik yaradır və bu rəqəmləri onun işlədiyi illərə vurduqda yüz minlərlə manat vəsaiti antivirus adı altında mənimsəlinib.

Qeyd edək ki,Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.İşlədiyi uzun illər ərzində Xaçmazın hər küçəsində obyektlər, hər kəndində böyük torpaqlar ələ keçirdiyinə görə işdən çıxarıldıqdan sonra Xaçmazı tərk edə bilməyən Ş.Xambabayev İH-nin başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, İki günün içində YAP rayon təşkilatının sədri kimi rayona qayıtdı.

Paylaş