Azərbaycanın keçmiş Xarici İşlər naziri, hazırda Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı vəfat edib.
Korrupsiya.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Belə ki, səfirin qızı Humay Quliyeva Kolumbiyada dünyasını dəyişib.
Hələlik ölüm səbəbi bəlli deyil.
Qeyd edək ki, Humay Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri idi. O, BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə xidmətlər göstərib.
Allah rəhmət eləsin!

 

Paylaş