Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. Dəm qazından zəhərlənənlərin adları məlum olub.

Korrupsiya.az APA-ya istinadən bildirir ki, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı və 1989-cu il təvəllüdlü Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı – 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub.

Paylaş