Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Mercedes Benz-Actros” markalı yük nəqliyyat vasitəsilə gələn İran vətəndaşı saxlanılıb.
Korrupsiya.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda, arxa yataq yerinin üzərində olan yorğanın içərisində gömrük nəzarətindən gizlədilən 100 ədəd “Tramadol” adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, “Tramadol” müvafiq qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.