Türkiyənin təhlükəsizlik qüvvələri sərhədi qanunsuz keçmək istəyənləri saxlayıb. 

Korrupsiya.az xəbər verir ki, Ədirnədən Yunanıstana qaçmağa çalışan 4 FETO şübhəlisi sərhəddə tutulub.

Bildirilib ki, onlar Yunanıstana qeyri-qanuni yollarla getmək istəyərkən 1 -ci dərəcəli hərbi qadağa zonasında keçirilən əməliyyatda saxlanılıb.

Araşdırmalar zamanı sözügedən şəxslərin FETO şübhəliləri olduğu müəyyən edilib.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Paylaş