Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Korrupsiya az Report-a istinadən xəbər verir ki, hadisə Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Paylaş