ABŞ-ın Ankaradakı səfiri Cefri Flake İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ilə görüşüb

Korrupsiya.az xəbər verir ki, görüş əsnasında İmamoğlu ilə Flake arasında maraqlı anlar yaşanıb. Belə ki, səfir ingiliscə “Türkiyə ABŞ üçün vazkeçilməz bir müttəfiqdir. Aramızdakı bu bağ çox vacibdir. Ona görə də özümü burada olmaqdan şanslı hiss edirəm”, – deyə ifadə işlədib.

Bu zaman İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ingiliscə “Yaxşı, yaxşıyam”, – deyib. Onun bu cavabı sosial mediada gündəm mövzusuna çevrilib.

Bəzi sosial media istifadəçiləri İmamoğlunun bu cavabını “lağa” qoyub.

Paylaş