Havayda ABŞ bazası yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. 

Korrupsiya.az xəbər verir ki, ABŞ ordusundan verilən açıqlamada helikopterin donanmanın təlim fəaliyyətlərinə dəstək verdiyi bildirilib.

Səhər məşq zamanı qəzaya uğrayan helikopterdə olan 4 nəfərin həyatını itirdiyi qeyd olunub.

Hadisədən sonra təhlükəsizlik qüvvələri və yanğınsöndürənlərin qəza yerində araşdırmalara başlayıb.

Qəzanın  baş vermə səbəbi  araşdırılır

Paylaş