TƏBİB Şirvanda körpənin doğuş zamanı ölməsi faktına münasibət bildirib.

Qurumdan Korrupsiya.az a bildirilib ki, 2001-ci il təvəllüdlü Sabirabad rayonu, Məmişlər kənd sakini 39-40 həftəlik hamilə 08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi – 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gətirib

Doğuş yollarında dölün tələf olması (hipoksiya) qeydə alınıb”, – vurğulanıb.

*** 10:54

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib

Korrupsiya.az apa-ya istinadən xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş