Şəhidin nişanlısı toy dəvətnamələrini paylaşaraq ürəkləri dağlayıb.
Korrupsiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyul ayında Pençe-Kilid əməliyyatı bölgəsində terrorçular tərəfindən şəhid olan Ömər Faruk Civelekin nişanlısı ürəkləri dağlayan bir addım atıb. Şəhidin nişanlısı Fatmanur Çelikçioğlu sentyabrın 4-də keçirilməsi planlaşdırılan toya dəvətnaməni paylaşaraq, “İllərlə arzuladığımız gün gəldi, amma sən gəlmədin, canım yoldaşım. Sevgimiz vətən uğrunda yarımçıq qaldı. Sənsiz mən heçəm”, – deyə bildirib.
Paylaş