Məşhur sosial şəbəkə fenomeni, model Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsalussi ilə birlikdə narkotikdən istifadə edərkən görüntülənib.  

Korrupsiya.az haberler.com-a istinadən xəbər verir ki, onun bu görüntüləri sosial şəbəkədə yayılıb. Subaşının daha əvvəl narkotik istifadə etdiyinə dair bəzi iddialar olsa da, məşhur ad bu iddiaları təkzib edib.

Bildirək ki, Subaşının Acun Ilıcalıdan olan qızı Melisanın ötən illərdə tərkibində narkotik olan kola içməsi və xəstəxanaya yerləşdirilməsi də gündəmə gəlib.

Paylaş