Bir neçə ay öncə restoranların birində rəqqasənin sinəsinə pul taxarkən çəkilmiş fotosu yayılan Dövlət Gömrük Komtəsinin Sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevdən yeni xəbər var.
Korrupsiya.az -ın bildirdiyinə görə, 32gun.az-a verilən məlumatda iddia edilir ki, Əsgər Abdullayev tutduğu vəzifədən azad olunub. Məlumatda bildirilir ki, onun hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı hələlik açıqlanmayıb.
Gömrük generalının rəqqasə ilə biabırçı görüntüsü yayıldı- FOTO
Xatırladaq ki, 2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.