Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri, İctimai Təhlükəsizlik Nazirliyinin keçmiş rəis müavini Fu Çjenxua edam cəzasına məhkum edilib.Korrupsiya.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası Çin məhkəməsinə istinadən məlumat yayıb.

Fu Çjenxua rüşvətxorluğa görə edam cəzasına məhkum edilir. Onun edamı 2 il ərzində həyata keçiriləcək”, – məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, Çjenxua şəxsi maraqları üçün rüşvət alaraq vəzifə səlahiyyətlərindən istifadə edib. O, 117 milyon yuandan çox (təxminən 16,5 milyon dollar) rüşvət alıb.
Qeyd olunur ki, təqsirləndirilən şəxs özünü təqsirli bilib, peşman olub, həmçinin qanunsuz yolla əldə etdiyi vəsaiti qaytarıb

Paylaş