Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmək üzrədir”.

Korrupsiya.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə  görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin heç bir mənəvi-etik əsası yoxdur.

“Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil”, – deyə nazir Xaavisto vurğulayıb.

Paylaş