Ermənistanda 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə Ermənistan prtezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

O, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında işdən çıxarılıb.

xxx

10:03

Ermənistanda 2-ci Ordu Korpusunun komandiri tutduğu vəzifədən azad olunacaq.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat dərc edib.

Hərbi vəzifəlinin bu gün hərbi hissələrin birində baş verən yanğınla əlaqədar işdən çıxarılacağı deyilir.

Eyni səbəblə Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi də vəzifəsini itirəcək.

Qeyd edək ki, Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi yanaraq ölüb.

Paylaş