Türkiyənin Mardin şəhərində avtomobilə silahlı hücum olunub. 

“Korrupsiya.az” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Türkiyə KİV-lərinin məluymatına görə, Yeniköy məhəlləsində naməlum şəxs və ya şəxslər xarici dövlət nişanlı avtomobilə atəş açıb.

Yaralılar Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Hücum edənlərin tutulması üçün tədbirlər görülür.

Paylaş