Xəbər verdiyimiz kimi, Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi yanaraq ölüb. 

“Korrupsiya.az” erməni mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra 15 hərbçinin həyatına son qoyan yanğınla əlaqədar aşağıdakı vəzifəli şəxslər işdən çıxarılıb.

– 2-ci Ordu Korpusunun komandiri, polkovnik Vahram Frunzoviç Qriqoryan,

– 2-ci Ordu Korpusunun qərargah rəisi, korpus komandirinin müavini polkovnik Miqran Sergeyeviç Maxsudian,

-2-ci Ordu Korpusunun maddi-texniki təminat və SKE üzrə komandirinin müavini, maddi-texniki təminat şöbəsinin rəisi, polkovnik Şiraz Gevorqoviç Xaçatryan,

– 2-ci Ordu Korpusunun komandirinin döyüş növbətçi müavini, polkovnik Artur Serjikoviç Oqanyan,

– ER Silahlı Qüvvələrinin Arxa Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi, polkovnik Sargis R. Mazmanyan.

Həmin şəxslər “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Ermənistanın Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında işdən çıxarılıblar.

Paylaş